KXDR danışıqlar vədindən sonra iki raket sınağı həyata keçirdi

2019/10/18c1b-1569993743.jpg
Oxunub: 1432     09:20     02 Oktyabr 2019    
Koreya Xalq Demokratik Respublikası (KXDR) çərşənbə günü Yapon dənizinə doğru iki ballistik raketin sınağını həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa Tokioda keçirilmiş mətbuat konfransında Suqa bildirib.

Onun sözlərinə görə, raketlərdən biri Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb.

O qeyd edib ki, bununla bağlı olaraq Yaponiyada baş nazir Sindzo Abenin, həmçinin Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərlərinin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının iclasını çağırılıb.

"Şimali Koreyanın atdığı iki raketin ətrafında yaranmış vəziyyətlə əlaqədar və gələcək addımları müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının iclasını çağırmışıq. Baş nazir Abe mövcud olan bütün məlumatları toplamaq, gəmilərin və təyyarələrin təhlükəsizliyini təmin etmək barədə əmr verib", - deyə Suqa vurğulayıb.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, KXDR 900 km yüksəkliyə doğru bir raket buraxıb və çox güman ki, həmin raket iki hissəyə ayrılıb. Həmçinin məlumatda bildirilir ki, hazırda Yaponiyaya birbaşa heç bir təhlükə yoxdur.

Koreya Respublikası Qərargahları Rəisləri Komitəsinə istinad edən "Yonhap" agentliyinin məlumatına görə isə raket buraxılışı Vonsan limanı ərazisindən həyata keçirilib.

Hazırda raket sınağı ilə bağlı ətraflı informasiya verilmir. KXDR son zamanlar tez-tez kiçik mənzilli ballistik raketlərin sınağını keçirir.

Qeyd edək ki, KXDR həftə sonu ABŞ-la danışıqlar aparacağını elan etməsindən cəmi bir gün sonra sözügedən raket sınağını həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Raket-sınağı  

KXDR danışıqlar vədindən sonra iki raket sınağı həyata keçirdi

2019/10/18c1b-1569993743.jpg
Oxunub: 1433     09:20     02 Oktyabr 2019    

Bizi "telegram"da izləyin