Ermənistan MN-in yüksək vəzifəli zabiti “1 Mart” hadisələri zamanı hərbi geyim paylanılmasına dair ifadə verib

2019/09/seda--1569403864.jpg
Oxunub: 2092     15:54     25 Sentyabr 2019    
“Cinayət işi üzrə materiallarda Qaqik Tsarukyan və onun mühafizəçilərinin hərbi geyimlə təmin edildiyinə dair faktlar var. Qaqik Tsarukyan da xüsusilə Qarabağdan gələn silahlı qüvvələrə maddi kömək edib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “1 Mart” hadisəsi üzrə fakt araşdırma qrupunun üzvü, zərərçəkənin nümayəndəsi Seda Safaryan jurnalistlərdən birinin Tsarukyan və mühafizəçilərinin “1 Mart” hadisələrində iştirak etməsi ilə bağlı sual verərkən jurnalistləri dəfələrlə təhqir və rədd etdiyi barədə sualına cavab olaraq bildirib.

Safaryan qeyd edib ki, Ermənistan MN-nin yüksək vəzifəli bir şəxsi ibtidai istintaq zamanı ifadə verib.

“Aydın məsələdir ki, bu əlaqə onun Mikayel Harutyunyan tərəfindən dövlət məmuru olduğu müddətdə anbardan hərbi geyim təmin etməsi barədə göstəriş aldığını göstərir. Hətta geri qaytarmaqla bağlı problemlər də olub. Harutyunyan onsuz da istifadə edildiyini söyləyərək, daha bu geyimlərə ehtiyac olmadığını da deyib”, - deyə o bildirib.

Onun sözlərinə görə, cinayət işində əsaslandırılmış ifadələr var, o cümlədən cangüdənlərdən birinin etirafı və üzləşməsi zamanı bəzi cangüdənlər, martın 1-də günorta saatlarında hökumət binasının yaxınlığında cangüdənlərə silah və hərbi geyim verildiyini təsdiq ediblər.

“Vaxtilə fakt araşdırıcı qrup paylaşdığı videoda silah və geyim alanlarının üzləri görünsə də, bu videonu araşdıran olmayıb”, - deyə Safaryan qeyd edib.

O əlavə edib ki, silahların gilizlərinin müayinəsi, həmin gilizlərin Erebuni polis bölməsinə aid olduğunu təsdiq edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 1-Mart   İstintaq  


Ermənistan MN-in yüksək vəzifəli zabiti “1 Mart” hadisələri zamanı hərbi geyim paylanılmasına dair ifadə verib

2019/09/seda--1569403864.jpg
Oxunub: 2093     15:54     25 Sentyabr 2019    
“Cinayət işi üzrə materiallarda Qaqik Tsarukyan və onun mühafizəçilərinin hərbi geyimlə təmin edildiyinə dair faktlar var. Qaqik Tsarukyan da xüsusilə Qarabağdan gələn silahlı qüvvələrə maddi kömək edib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “1 Mart” hadisəsi üzrə fakt araşdırma qrupunun üzvü, zərərçəkənin nümayəndəsi Seda Safaryan jurnalistlərdən birinin Tsarukyan və mühafizəçilərinin “1 Mart” hadisələrində iştirak etməsi ilə bağlı sual verərkən jurnalistləri dəfələrlə təhqir və rədd etdiyi barədə sualına cavab olaraq bildirib.

Safaryan qeyd edib ki, Ermənistan MN-nin yüksək vəzifəli bir şəxsi ibtidai istintaq zamanı ifadə verib.

“Aydın məsələdir ki, bu əlaqə onun Mikayel Harutyunyan tərəfindən dövlət məmuru olduğu müddətdə anbardan hərbi geyim təmin etməsi barədə göstəriş aldığını göstərir. Hətta geri qaytarmaqla bağlı problemlər də olub. Harutyunyan onsuz da istifadə edildiyini söyləyərək, daha bu geyimlərə ehtiyac olmadığını da deyib”, - deyə o bildirib.

Onun sözlərinə görə, cinayət işində əsaslandırılmış ifadələr var, o cümlədən cangüdənlərdən birinin etirafı və üzləşməsi zamanı bəzi cangüdənlər, martın 1-də günorta saatlarında hökumət binasının yaxınlığında cangüdənlərə silah və hərbi geyim verildiyini təsdiq ediblər.

“Vaxtilə fakt araşdırıcı qrup paylaşdığı videoda silah və geyim alanlarının üzləri görünsə də, bu videonu araşdıran olmayıb”, - deyə Safaryan qeyd edib.

O əlavə edib ki, silahların gilizlərinin müayinəsi, həmin gilizlərin Erebuni polis bölməsinə aid olduğunu təsdiq edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 1-Mart   İstintaq  


Bizi "telegram"da izləyin