Məzuniyyət kompensasiyasını ala bilməyən erməni mayorun məhkəmə işindən DETALLAR

2019/09/image-1567494742.jpg
Oxunub: 2065     16:19     25 Sentyabr 2019    
Oktyabrın 2-də Ermənistan İnzibati Apelyasiya Məhkəməsi Tsolak Xaçatryan işi üzrə qərar çıxaracaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İnzibati Apelyasiya Məhkəməsi aşağı məhkəmənin ötən ilin 16 oktyabr tarixli qərarı ilə bağlı mübahisəli məsələsinə baxır.

Etiraz edilən qərara görə, Tsolak Xaçatryanın Ermənistan Müdafiə Nazirliyinə qarşı istifadə olunmamış məzuniyyətlə əlaqədar 6.944.283 dram miqdarında iddiası və gündəlik cərimə ödəmə öhdəliyinə görə gündə 0,15% cərimə tələbi qismən təmin edilib.

Məhkəmə MN-ə Tsolak Xaçatryana 277 gün istifadə olunmamış məzuniyyət günlərinə görə ödəniş edilməsinə qərar verib və iddianın qalan hissəsi rədd edilib.

Qeyd edək ki, Xaçatryan 1995-ci ildən 2014-cü ilə qədər Ermənistan SQ-də xidmət edib. 2014-cü ildə iddiaçı xidmətdən azad edilib, lakin ona o zaman istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyası ödənilməyib.

Bundan sonra iddiaçı MN-ə hesablaşmanın və buna görə tətbiq olunan cərimələrin ödənilməsini (Ərizə 30.06.2016 tarixində tərtib edilib, Müdafiə Nazirliyinin poçtu tərəfindən 04.07.2016 tarixinə qəbul olunub) tələb edib. Xaçatryan cavab almadıqda, İnzibati Məhkəməyə müraciət edib.

Ermənistan MN bildirib ki, rəsmi araşdırmanın nəticələrini ümumiləşdirdikdən sonra əlavə məlumatlar veriləcək.

Bununla bağlı, Ermənistan Müdafiə naziri 09.12.2019-cu il tarixində Baş Nazirin administrasiya rəhbəri E. Ağacanyana bununla bağlı məktub yazıb.

“Nəzərinizə çatdırmaq istəyirəm ki, mənim göstərişimlə müvafiq bölmələr tərəfindən araşdırılıb. Tədqiqatın nəticələrinə görə bildirmək istərdim ki, Tsolak Xaçatryanın şikayəti əsasında hərtərəfli araşdırma aparılıb. Eyni zamanda, sizə bildirmək istərdim ki, çatışmazlıqları müəyyənləşdirmək və kompensasiya imkanlarını nəzərdən keçirmək üçün əlavə bir xidməti araşdırma da aparılıb. Bildirilir ki, qanuna əsasən şikayətetmə müddəti başa çatıb”.

“Ermənistan MN səhv olduğunu inkar etmir və mənim işimi mürəkkələşdirməklə istədiyinə nail olmaq istəyir” -, deyə Xaçatryan bildirib.

Erməni hərbi qulluqçu bildirib ki, o, aclıq aksiyası keçirərkən jurnalistlərdən biri ona yaxınlaşıb və “Aclıq aksiyası keçirən mayor kimdir?” başlıqlı, MN-də məxfi qriflə saxlanılan müəyyən şəxsi məlumatların da daxil olduğu məqalə hazırlayıb. O, həmin mətbuat orqanından bu məlumatları hardan almasını maraqlanıb, bunları MN-in mətbuat xidmətindən veriblərmi, deyə dəqiqləşdirib. Lakin həmin mətbuat orqanı buna mənfi cavab verib. O, bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini və MN-in mətbuat katibi Artsrun Hovhanisyandan ifadə alındığını qeyd edib. Hovhanisyan, adı çəkilən mətbuat orqanına məlumatları verdiyini təsdiqləyib.

“Cinayət əməlinə dair bütün əsaslar olduğu halda cinayət işi açılmır. Mətbuat katibi öz rəsmi rəyində yalnız mənfi halları mətbuata ötürüb. Kifayət qədər müsbət xarakteristikasının olması nəzərə alınmayıb”, - deyə Xaçatryan bildirib.

Buna görə cinayət işi açılmayıb. Xaçatryan prokurorluğa məsələ ilə bağlı şikayət etmək niyyətindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Etiraz  

Məzuniyyət kompensasiyasını ala bilməyən erməni mayorun məhkəmə işindən DETALLAR

2019/09/image-1567494742.jpg
Oxunub: 2066     16:19     25 Sentyabr 2019    

Bizi "telegram"da izləyin