“Qarabağ münaqişəsində çoxlu sayda kölgə tərəfləri var” – Tarasov

2019/09/Taras-1569400275.jpg
Oxunub: 1724     14:21     25 Sentyabr 2019    
“İndi sual yaranır ki, vəziyyəti kim və necə dəyişdi? Əgər yalnız ictimai tərəf haqqında danışsaq, bu, çətin olacaq, çünki mən hər zaman qeyd edirəm ki, Dağlıq Qarabağ münaqişəsində çoxlu sayda kölgə tərəfləri var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov bildirib.

Onun sözlərinə görə, Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatı qəribə təəssürat yaratdı, çünki heç kim erməniləri irəvanlılara, qarabağlılara və digərlərinə ayırmağa hazırlaşmayıb.

“Mən heç bir xüsusi, ciddi nəticə gözləmirəm, çünki Dağlıq Qarabağ münaqişəsinin nizama salınması dialoqu hakimiyyət dəyişikliyindən sonra, fikrimcə, müsbət inkişaf edirdi. Paşinyan Əliyevlə görüşürdü, onlar Düşənbədə razılaşdılar, operativ əlaqə yaratdılar və tərəflər arasında hərbi insidentlər dayandırıldı. İndi sual yaranır ki, vəziyyəti kim və necə dəyişdi? Əgər yalnız ictimai tərəf haqqında danışsaq, bu, çətin olacaq, çünki mən hər zaman qeyd edirəm ki, Dağlıq Qarabağ münaqişəsində çoxlu sayda kölgə tərəfləri var. Biz bunlar haqqında bilmirik, lakin başa düşürük ki, bunlar var. Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatı qəribə təəssürat yaratdı, çünki heç kim erməniləri irəvanlılara, qarabağlılara və digərlərinə ayırmağa hazırlaşmırdı. Sən mövqe dəyişikliyi haqqında bəyanat verirsən, bu isə dəyişikliyi nəzərdə tutur. Bunun nəticəsi bu olmalıdır ki, sən danışıqlar prosesini dayandırırsan və yeni mövqeyini aydınlaşdırırsan. Lakin Paşinyan bu sözləri deyəndə hər şey başa çatdı. Mnatsakanyan Məmmədyarovla keçmiş formatda görüşür, cəbhə xəttində vəziyyət dəyişib. İndi nədən danışırlar? Güman etmək çətindir, çünki Məmmədyarov qeyd edir ki, həmsədrlər yeni həll variantları təklif edib, erməni tərəfi bunu təsdiqləmir və bu vəziyyət hələ də davam edir”, - deyə rus politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Danışıqlar  

“Qarabağ münaqişəsində çoxlu sayda kölgə tərəfləri var” – Tarasov

2019/09/Taras-1569400275.jpg
Oxunub: 1725     14:21     25 Sentyabr 2019    

Bizi "telegram"da izləyin