Erməni hərbi ekspert: “Paşinyanın Ali Baş Komandanla bağlı sözləri ya savadsızlıqdır, ya da manipulyasiya”

2019/09/789-1569322136.jpg
Oxunub: 1931     16:56     24 Sentyabr 2019    
“Paşinyanın Vanetsyan haqqında fikirlər səsləndirərkənAli Baş Komandanla bağlı sözləri ya savadsızlıqdır, ya da manipulyasiya”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Razm.info” saytının Baş redaktoru, hərbi ekspert Karen Vrtanesyan bildirib.

Vrtanesyanın sözlərinə görə, Paşinyanın bəyanatı cəmiyyəti çaşdıra bilər, çünki cəmiyyət bu incəlikləri başa düşmək məcburiyyətində deyil.

“Bir şey aydındır ki, bu gün Vanetsyana qarşı kampaniya aparılır və bunun hökumətin prioriteti olduğu açıq-aydın ortadadır”,- deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistan Baş naziri yalnız müharibə vəziyyətində Ali Baş Komandandır, sülh vəziyyətində isə Ali Baş Komandan vəzifəsini Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi daşıyır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Etiraz  


Erməni hərbi ekspert: “Paşinyanın Ali Baş Komandanla bağlı sözləri ya savadsızlıqdır, ya da manipulyasiya”

2019/09/789-1569322136.jpg
Oxunub: 1932     16:56     24 Sentyabr 2019    
“Paşinyanın Vanetsyan haqqında fikirlər səsləndirərkənAli Baş Komandanla bağlı sözləri ya savadsızlıqdır, ya da manipulyasiya”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Razm.info” saytının Baş redaktoru, hərbi ekspert Karen Vrtanesyan bildirib.

Vrtanesyanın sözlərinə görə, Paşinyanın bəyanatı cəmiyyəti çaşdıra bilər, çünki cəmiyyət bu incəlikləri başa düşmək məcburiyyətində deyil.

“Bir şey aydındır ki, bu gün Vanetsyana qarşı kampaniya aparılır və bunun hökumətin prioriteti olduğu açıq-aydın ortadadır”,- deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistan Baş naziri yalnız müharibə vəziyyətində Ali Baş Komandandır, sülh vəziyyətində isə Ali Baş Komandan vəzifəsini Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi daşıyır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Etiraz  


Bizi "telegram"da izləyin