Ermənistanın təlimlərdə silahlandıraraq nümayiş etdirə biləcəyi bölmə tabor səviyyəsini keçməyəcək – HƏRBİ EKSPERT

2019/09/768-1569308705.jpg
Oxunub: 1739     10:59     24 Sentyabr 2019    
Ermənistanın Müdafiə naziri David Tonoyan sentyabrın 20-də hökumətin iclasında çıxışı zamanı “misli görünməmiş” miqyasda hərbi toplanışın keçiriləcəyini bəyan etdi. Daha öncədən sentyabrın 24-dən oktyabrın 5-dək Ermənistan ordusunun dövlət və yerli idarəetmə orqanlarının da iştirakı ilə strateji hərbi təlimlərə cəlb ediləcəyi məlum idi.

İlk öncə qeyd edim ki, bu təlimlər əvvəlcədən planlaşdırılan plan üzrə keçirilir. Lakin təlimlərə cəlb ediləcək qurumların, şəxsi heyətin və texnikanın sayında, təlimin məqsədlərində və məşq olunacaq sualların tərkibində dəyişikliklər mümkündür.

İşğalçı dövlətin strateji təlimlərində əsas diqqət dövlət qurumlarının hərbi təhlükə qarşısında ehtiyatda olan şəxsi heyəti və nəqliyyat vasitələrini səfərbər etməyə hazırlığı və bacarıqlarının qiymətləndirilməsinə yönəldiləcək. Çünki hazırda Ermənistan ordusunda şəxsi heyətlə komplektləşdirilmə 50 faizlik göstəricidən yüksək deyil, bu isə bölmələrin döyüş tapşırıqlarını tam həcmdə və keyfiyyətlə yerinə yetirməsinə imkan vermir. Gündəlik fəaliyyətdə 1-ci eşalon bölmələrində polis və yerli əhalidən istifadə isə istənilən nəticəni əldə etməyə imkan vermir.

Ermənistan ordusunda bu problem daim mövcud olub, lakin bu barədə ölkə rəhbərliyi səviyyəsində etiraflar əvvəllər aşkar şəkildə səsləndirilmirdi. Son aylarda həm sərhəd zonasında, həm də işğal altında olan Qarabağda baş verən atəşkəsin pozulması, hər iki tərəfdən itkilər, hava vasitələrimizə öz ərazimizdəki düşmən tərəfindən atəş açılması, əzəli torpaqlarımızdan açılan atəşlə baş zabit və əsgərləriimizin şəhid edilməsi, neytral zonada qalan şəhidimizin Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə götürülməsi və s. kimi hadisələr fonunda 30 illik danışıqlar prosesinin heç bir nəticəyə hasil olmamasını, nəhayət Ermənistanın Baş naziri Nikol Paşinyanın və Müdafiə naziri David Tonoyanın Azərbaycanı hərbi əməliyyatlara təhrik edən bəyanatlarının cavabsız qalmayacağını hər kəsdən yaxşı elə işğalçı ölkə rəhbərliyi dərk edir.

Buna görə də Ermənistan ordusunun əsas problemi olan şəxsi heyətlə komplektləşdirmə səviyyəsini yüksəltmək üçün bu təlimlərdə hərbi toplanışın miqyasının genişləndirilməsinə qərar verilib. Bununla Ermənistanın siyasi və hərbi rəhbərliyi çatışmayan şəxsi heyətin bir çağırışla ordu sıralarına yollanmaq üçün hazır olduğunu nümayiş etdirmək məqsədi də güdür.

Bu təlimlərə paralel olaraq işğal altında olan Qarabağdakı qanunsuz “hərbi birləşmə”nin iştirakı ilə hərbi oyunlar da keçiriləcək. 3 mərhələli hərbi oyunlar zamanı döyüş atışının tətbiqi ilə şərti atəş nöqtələrinə zərbələr endiriləcək.

Strateji təlimlərə və hərbi oyunlara cəlb ediləcək şəxsi heyət, aviasiya, PUA, artilleriya və zirehli vasitələr haqqında məlumat verilmir. Lakin təlimlərdə bəzi yeni silah nümunələrinin sınaqlardan keçirələcəyi mümkündür.

Hərbi toplanışda iştirak edənlərin hamısı əvvəlcədən məlumatlandırılıb, onların yalnız 6% -i 3-5 gün müddətinə təlimlərə cəlb ediləcək, qalanları isə yalnız 1 günlük təlimə gələcək, yəni nahar edib qayıdacaqlar. Deməli, Ermənistanın bu təlimlərdə toplanış yolu ilə şəxsi heyət cəlb edərək formalaşdıra biləcəyi və təlimlərdə silahlandıraraq nümayiş etdirə biləcəyi bölmə tabor səviyyəsini keçməyəcək.

Paşinyanın “misli görünməmiş çox böyük və genişmiqyaslı bir tədbir”də vətəndaşları fəal iştirak etməyə çağırırması, hansısa daxili narahatlığın mövcudluğundan xəbər verir. Çünki bu hərbi toplanışın planlaşdırılan kimi həyata keçirilməməsi Paşinyanı müxalifətin ölkə təhlükəsizliyinin və Ermənistan ordusunun döyüş effektivliyinin sual altında olduğuna dair bəyanatlarını həzm etməyə məcbur edəcək.

Hesab edirəm ki, Azərbaycan Ordusu işğal altında olan ərazilərimizdə, o cümlədən sərhədlərimizə yaxın ərazilərdə keçirilən hərbi təlimlərdən məmnun olmadığını, düşmənin anlaya biləcəyi tərzdə ifadə etməkdə daha qətiyyətli mövqe nümayiş etdirəcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təlimlər   Paşinyan  

Ermənistanın təlimlərdə silahlandıraraq nümayiş etdirə biləcəyi bölmə tabor səviyyəsini keçməyəcək – HƏRBİ EKSPERT

2019/09/768-1569308705.jpg
Oxunub: 1740     10:59     24 Sentyabr 2019    

Bizi "telegram"da izləyin