İran ABŞ-ı Fars körfəzindəki hərbi bazalara raket zərbəsi endirməklə hədələyir

2019/09/66311-1569224396.jpg
Oxunub: 2070     15:50     23 Sentyabr 2019    
“Hər kəs bilməlidir ki, raketlərimiz İrandan 2 min km radiusda yerləşən Amerika hərbi bazaları və təyyarə daşıyıcılarına çata bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadə bildirib.

O, ölkəsinin “tamhüquqlu müharibəyə” hazır olduğunu açıqlayıb.

Onun sözlərinə görə, İran raketləri “tam hazır” vəziyyətə gətirilib və iyun ayında ABŞ-ın PUA-sını vurduqdan sonra, onun Qətər, BƏƏ və Omandakı hərbi bazalarına yönəldilib.

Xatırladaq ki, iyunun 19-da İran ABŞ-a məxsus MQ-4C “Triton” PUA-sını vurub.

İran tərəfi PUA-nın İran hava məkanınında, ABŞ isə Hörmüz boğazı üzərindəki beynəlxalq hava məkanında vurulduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Raket-zərbəsi  


İran ABŞ-ı Fars körfəzindəki hərbi bazalara raket zərbəsi endirməklə hədələyir

2019/09/66311-1569224396.jpg
Oxunub: 2071     15:50     23 Sentyabr 2019    
“Hər kəs bilməlidir ki, raketlərimiz İrandan 2 min km radiusda yerləşən Amerika hərbi bazaları və təyyarə daşıyıcılarına çata bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadə bildirib.

O, ölkəsinin “tamhüquqlu müharibəyə” hazır olduğunu açıqlayıb.

Onun sözlərinə görə, İran raketləri “tam hazır” vəziyyətə gətirilib və iyun ayında ABŞ-ın PUA-sını vurduqdan sonra, onun Qətər, BƏƏ və Omandakı hərbi bazalarına yönəldilib.

Xatırladaq ki, iyunun 19-da İran ABŞ-a məxsus MQ-4C “Triton” PUA-sını vurub.

İran tərəfi PUA-nın İran hava məkanınında, ABŞ isə Hörmüz boğazı üzərindəki beynəlxalq hava məkanında vurulduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Raket-zərbəsi  


Bizi "telegram"da izləyin