Tehran ABŞ-ın Yaxın Şərqdə qoşunlarının artırılmasına münasibət bildirib

2019/09/789-1569224051.jpg
Oxunub: 985     12:38     23 Sentyabr 2019    
Bazar günü İranın yüksək səviyyəli rəsmiləri Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda iştirakını təkzib edib, ABŞ və mütəfiqqlərinin hər hansı müdaxiləsinin qarşısını qətiyyətlə alacağını bildiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri general-mayor Hüseyni Salami bildirib.

Salami qeyd edib ki, istər Səudiyyə Ərəbistanı, istərsə də ABŞ tərəfindən edilən hər hansı müdaxilə cəhdinin geniş miqyaslı hərbi cavabı veriləcək.

Xatırladaq ki, ötən cümə günü ABŞ Yaxın Şərqdə daha çox qoşun yerləşdiriləcəyini elan edib. Tramp adminstrasiyası bildirib ki, ABŞ hərbi münaqişə niyyətində deyil və qoşunların artırılması tamamilə müdafiə məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Tehran ABŞ-ın Yaxın Şərqdə qoşunlarının artırılmasına münasibət bildirib

2019/09/789-1569224051.jpg
Oxunub: 986     12:38     23 Sentyabr 2019    
Bazar günü İranın yüksək səviyyəli rəsmiləri Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda iştirakını təkzib edib, ABŞ və mütəfiqqlərinin hər hansı müdaxiləsinin qarşısını qətiyyətlə alacağını bildiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri general-mayor Hüseyni Salami bildirib.

Salami qeyd edib ki, istər Səudiyyə Ərəbistanı, istərsə də ABŞ tərəfindən edilən hər hansı müdaxilə cəhdinin geniş miqyaslı hərbi cavabı veriləcək.

Xatırladaq ki, ötən cümə günü ABŞ Yaxın Şərqdə daha çox qoşun yerləşdiriləcəyini elan edib. Tramp adminstrasiyası bildirib ki, ABŞ hərbi münaqişə niyyətində deyil və qoşunların artırılması tamamilə müdafiə məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin