Erməni “tuşonka” generalının gəlirləri, daşınmaz və daşına bilən əmlakları açıqlanıb

2019/09/16980-1569223354.jpg
Oxunub: 1396     14:32     23 Sentyabr 2019    
2019-cu il sentyabrın 16-da Ermənistan Respublikaçılar Partiyasının keçmiş deputatı, general Manvel Qriqoryan parlamentdə vəzifəsini dayandırdığı günün situasiyası ilə (14.01.2019) əmlakı və gəlirlərini açıqlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o bununla bağlı Ermənistan parlamentində yüksək vəzifəli şəxslərin Etika Komissiyasına hesabat təqdim edib.

Hesabatda qeyd olunub ki, Qriqoryanın 11 daşınmaz əmlakı - 2 şəxsi ev, 3 sənaye əhəmiyyətli bina, 4 ictimai əhəmiyyətli bina və 2 torpaq sahəsi mövcuddur.

Sabiq deputat daşına bilən əmlak kimi 17 ədəd avtomobil – “QAZ 12”, “QAZ 21R”, “Peugeot 405”, “QAZ 13 Çayka”, 2 ədəd “QAZ 24”, 2 ədəd “QAZ 14 Çayka”, “Ford Econoline E-150”, “Moskviç 407”, “Mercedes-Benz S500 4 Matic Maybach”, “QAZ 22”, “ZAZ 965”, “QAZ 21U”, “QAZ 69”, “UAZ 469”, “VAZ 2106” - təqdim edib.

Qriqoryan 72 milyon 800 min, 50 min, 32 milyon 900 min və 61 milyon 540 min erməni dramı dəyərində 4 ədəd səhmini açıqlayıb.

Vəzifəsini dayandırdığı günün situasiyası ilə Qriqoryanın 377 milyon dram dəyərində borcu olub. Onun pul vəsaitləri vəzifəsini dayandırdığı günün situasiyası ilə 84 milyon 959 min dram, 164 min 160 dollar və 175 min 850 avro təşkil edib. 2019-cu ildə sabiq erməni deputatın maaşdan gəliri 118 min 550 dram dəyərində olub.

Qriqoryan vəzifə səlahiyyətlərini üzərinə götürərkən (2017) də əmlak və gəlirlərini təqdim edib. Maraqlısı budur ki, 2017-ci ildə onun cəmi 5 daşınmaz əmlakı və 8 avtomobili olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Manvel-Qriqoryan  

Erməni “tuşonka” generalının gəlirləri, daşınmaz və daşına bilən əmlakları açıqlanıb

2019/09/16980-1569223354.jpg
Oxunub: 1397     14:32     23 Sentyabr 2019    

Bizi "telegram"da izləyin