Asimmetrik müharibə: dövlət və qeyri-dövlət münaqişəsi (III YAZI)

2019/09/12-1569496147.jpg
Oxunub: 2957     16:22     26 Sentyabr 2019    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Keçmişdən bu günə

Asimmetrik müharibə anlayışı müharibənin özü qədər qədimdir. Asimmetrik müharibə geniş bir nəzəriyyə, təcrübə, fərziyyə və tərifi əhatə edir. Dolayı prinsip budur ki, asimmetrik müharibə naməlumu(ları) ilə əlaqdar olur. Bəzi nümunələr illüstrativ ola bilər.

Roma tarixindən bir misal çəkmək olar. Belə ki, bu nümunə eramızdan əvvəl 753-cü ilə qədər gedib çıxır. Roma o zamanlar sağ qalmaq üçün bir neçə savaşda döyüşmək məcburiyyətində qaldı. E.ə 270-ci ildə Karfagen (bu günkü Tunis) Romanın əsas rəqib idi və o İspaniyaya tərəf ərazisini genişləndirməkdə idi. Bu, Roma tarixində ən böyük və ən çətin müharibəyə - İkinci Pun müharibəsinə gətirib çıxardı. Bu klassik asimmetrik müharibə kimi də adlandırıla bilər.

Müharibə Romalıların müttəfiqi olaraq iddia etdiyi ispan şəhəri Saquntumun Karfagenin gənc generalı Hannibal tərəfindən hücuma məruz qalması ilə başlamışdı. Roma müharibə elan etdi. Təşəbbüskarlıq göstərən Hannibal, e.ə 218-ci ildə qeyri-ənənəvi bir hərəkətlə, sürətlə təxminən 40 min adam, 9 min süvari əsgər və hətta Alp dağlarının arasından Afrikalı fillərin böyük bir dəstəsini 14 gündə İtaliyaya apardı. Buna əvvəllər cəhd olunmamışdı. Bu keçid ona adamlarının təxminən yarısını və demək olar ki, bütün fillərini itirmək bahasına başa gəldi.

Lakin, onun taktikası nəticə verdi: Hannibal üç ildə üç dəfə yüksək dərəcədə müharibə maşınları ilə üstün bir güc olan Romalıları məğlub etdi.

Say baxımından da Hannibalın qüvvələri romalılarınkı ilə müqayisədə bərabər deyildi. Məsələn, Kanna döyüşündə Hannibalın 50 minlik qoşunu təkcə 70000 romalı əsgəri məhv etmişdi. Hannibal qeyri-ənənəvi taktikası ilə böyük və yaxşı təchiz edilmiş Roma qüvvələrinə qarşı basqınlar və təhdidlərdən də istifadə edərək qələbələr qazanırdı.

Başqa bir misal kimi isə, 1960-cı illərdə amerikalıların Vyetnamı kommunizmin yayılmasının qarşısına xətt çəkmək üçün bir yer kimi seçməsini göstərə bilərik. 1964-cü ilin avqustunda Şimali Vyetnamın, ABŞ-ın “Maddox” kreyserinə hücumuna qarşı hücumla cavab verməsilə hadisələr daha da ağırlaşdı. 1965-ci ilin iyul ayına qədər ABŞ ordusunun döyüş birlikləri gücləndirildi və onların şəxsi heyətinin sayı 1969-cu ilin əvvəlində 543 minə çatdı. Təxminən 60 min amerikalı hərbçi öldürülmüş və yüz minlərlə insan fiziki və ya zehni olaraq yaralanmışdı. Onillərdən çox müddətə davam edən bu müharibə son vaxtlarda klassik asimmetrik müharibə üçün istinad kimi göstərilə bilər. Bu konfliktdə, ABŞ qüvvələri hər bir mühüm sahədə atış gücündən insan gücünə qədər üstün idi. Müharibənin ABŞ-a baha başa gəlməsinə səbəb rəqibin tamamilə aşağı qiymətləndirilməsi idi. Şimali Vyetnamda texnologiya və maliyyə qaynaqları, demək olar ki, yox idi və onlar daha çox sədaqət və əzmləri ilə mübarizə aparırdılar. Onlar öz məqsədlərinə nail olmaq üçün istənilən bədəli ödəməyə hazır idilər.

1991-ci ildə hətta Fars körfəzi müharibəsi də asimmetrik hərb taktikalarına şahidlik etdi. İraq “Skad” raketlərindən, koalisiya isə iraqlılara qarşı yüksək dəqiqlikli silahlar daşıyan stels təyyarələrdən istifadə etdi. Müharibə zamanı mobil “Skad” raketlərinin atəş və daşıma qurğularının Amerikanın hava hücumları ilə vurulmasında məqsəd, İraqın ballistik raketləri atmaq üçün taktiki qabiliyyətini pozmaq idi. Burada ABŞ HHQ İraq qarşısında qoyulan tələbələrin yerinə yetirilməsində mühüm rol oynadı.

Bu müharibə onu da sübut etdi ki, təkcə zəif tərəf asimmetrik taktika və üsullardan istifadə etməklə qalib gəlmir. Eyni zamanda, daha güclü tərəf də texnologiya və atəş gücü kimi asimmetrik üstünlüklərindən istifadə etməklə zəif tərəf üzərində qələbə qazana bilər. Bu nümunələr göstərir ki, asimmetrik müharibə fövqəladə bir şeydən və ya əvvəllər görünməmiş bir üsuldan istifadə edir.

Ancaq onlar əsas məsələni də qaldırırlar: zəiflər necə müharibə qazanır? Asimmetrik münaqişələrdə zəfər və məğlub olma ehtimalı zəif və güclü aktorların istifadə etdiyi strategiyaların təsirindən asılıdır. Rejimin növü və silah texnologiyasından asılı olmayaraq bənzər strateji yanaşmalar güclü aktorları dəstəkləyir, əksinə strateji yanaşmalar isə zəifin tərəfindədir. XXI əsrin əvvəllərində, dünyada 60-dan çox aşağı və orta intensivlikli müharibə yayılmışdı. Bu, Soyuq Müharibə dövründəki ortalamadan təxminən ikiqat çox idi. Bununla yanaşı, Kütləvi Qırğın Silahlarının (KQS) yayılması, terror aktlarının çoxalması, "şər" və ya "uğursuz" dövlətlərin (kütləvi qırğın silahlarına sahib olan və ya terrorçuları dəstəkləyən silahlara malik olması ehtimal edilən) sayının artması müharibənin təbiəti və təhlükəsizlik konsepsiyasını yenidən təsvir edib.

Müzakirə

Keçmişdə beynəlxalq sabitlik və milli təhlükəsizlik də çətin məsələ olub. Ancaq son bir neçə onillikdə yeni bir fenomen ortaya çıxdı. Daxili münaqişənin partlaması sabitliyin və hətta dövlətin mövcudluğu ilə yarışdı. Bu daxili münaqişələrin əksəriyyəti etnik səbəblərə malikdir. Belə ki, bunlardan bir neçəsi əvvəllər avtoritar dövlət mərkəzləri tərəfindən boğulub. Ancaq vaxt keçdikcə bu münaqişələr qeyri-dövlət aktorlarının ortaya çıxması ilə fərqli bir formaya keçdi. Bunun səbəbi bu qurumun asimmetrik taktikalardan istifadə edərək dövlətin səlahiyyətinə meydan oxumaq üçün kifayət qədər güclü olmasıdır.

Yaxşı qurulmuş, yaxşı əlaqəli və yaxşı silahlanmış qeyri-dövlət aktorlarının yaranması dövlətdaxili münaqişələrin daha da qanlı olmasına gətirib çıxarıb. 21-ci əsrin asimmetrik müharibəsini öyrənmək üçün dövlətdaxili münaqişələr fonunda dövlət və qeyri-dövlət aktoru arasında günümüzdəki asimmetriya anlayışını anlamaq vacibdir.

Dövlətdaxili qarşıdurmalar yeni bir fenomen deyil. 1945-ci ildən bəri, onlar dövlətlərarası müharibədən daha tez-tez və daha şiddətli hal alıblar. Soyuq Müharibənin sona çatması ilə bu tendensiyalar daha da artdı. Bunu etno-milli və separatçı silahlı münaqişələrin hədlərini nəzərə alaraq, xüsusilə də Avropada təhlükəsizlik məsələlərinin qavranılmasında əhəmiyyətli dəyişikliklər və onları həll etmək üçün alternativ yanaşmalar izlədi. Xüsusilə, suverenlik, şəxsiyyət və təhlükəsizliyin dəyişən dialoqu və beynəlxalq məsuliyyət getdikcə daha əhəmiyyətli hala gəldi. Bunu nəzərə alaraq beynəlxalq münasibətlərdəki təkliflər həm empirik etibarlılığa, həm də məntiqi sağlamlığa əsaslanır. İndi yeni cığır normativ, operativ və struktur məsələlərinin yeni təfsirlərini və anlayışlarını öyrənmək üçün açıqdır.

Daha əvvəllər dövlətdaxili münaqişələrdən alınan dərslər bunu göstərir ki, beynəlxalq münasibətlərin ənənəvi məktəbləri "beynəlxalq sistemdə müharibənin və sülhün mövcud vəziyyəti"ni anlamaq üçün qənaətbəxş bir vasitə təmin etmir. Bunlar, artıq dövlətdaxili konfliktlərin yalnız bir dövlətin işi olmadığını aşkar edir. Dövlətlərarası münaqişələr və dövlətdaxili münaqişələr arasındakı fərqlər qarışır və bu münaqişəyə hansı baxış bucağından baxıldığından asılı olaraq da dəyişir.

Beləliklə, əgər bir vilayət və ya əhalinin bir hissəsi mərkəzləşdirilmiş gücə tabe olmazsa və silahlı mübarizə apararsa, münaqişə beynəlxalq müharibə ilə müqayisədə vətəndaş müharibəsi olmasına baxmayaraq, üsyançılara münasibət olaraq mövcud və ya yaranmaqda olan bir “millət”in ifadəsi kimi baxıldıqda o, xarici müharibə kimi nəzərdən keçiriləcək. Buna baxmayaraq, bütün daxili münaqişələr asimmetrik müharibəyə çevrilə bilməz.

Dövlətdaxili münaqişələr zorakı bir tərzdə yaranır. Daha sonra “suveren dövlət” və regionda əsaslı bir hərəkət arasında silahlı qarşıdurmaya daxil olur və daxili özünüidarətmənin geniş bir formasını axtararkən separatçı hərəkatlara çevrilir. Beləliklə, dövlətdaxili bir münaqişə çərçivəsində bir qrup zorakılıqla dövlət orqanlarına qarşı çıxırsa, bu qrup, ümumiyyətlə, qeyri-dövlət aktoru olaraq səciyyələndirilir.

Qeyri-dövlət aktorları başqa bir dövlət monopoliyasını - güc tətbiq etmənin inhisarını da pozurlar. Dövlətlər Birləşmiş Millətlər Təşkilatı sistemində beynəlxalq hüquq və öz vətəndaşları (ən azından demokratik şəkildə idarə olunan ölkələrdə) qarşısında daxili hüquq və dəyərlər baxımından məsuliyyət daşıyırlarsa, zorakı qeyri-dövlət aktorları heç bir qanuna tabe deyil. Klassik zorakı qeyri-dövlət aktorlarına terrorçu qruplar, seperatçı qurumlar, qiyamçı silahlı milislər və mütəşəkkil cinayətkar şəbəkələr daxildir.

Dəyanət Ağalarlı
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Asimmetrik-müharibə  

Asimmetrik müharibə: dövlət və qeyri-dövlət münaqişəsi (III YAZI)

2019/09/12-1569496147.jpg
Oxunub: 2958     16:22     26 Sentyabr 2019    