“Paşinyan deyir ki, pul problemimiz yoxdur, amma həlak olanların ailələrinin pul problemi var”

2019/09/34717-1569054995.jpg
Oxunub: 2798     12:34     21 Sentyabr 2019    
“Əslində açıq şəkildə bildirək ki, ən böyük suallar hökumətin qərarından irəli gəlir, bu qərar necə meydana gəlib. Siyasi dairə günahkarlıq hissinin olduğunu, birtəhər ağrıları yüngülləşdirmək istədiklərini düşünür”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Qanun pozuntularına qarşı” QHT-nin icraçı direktoru Larisa Alaverdyan bildirib.

Onun üçün hökumətin niyə bu insanlarla əvvəlcədən görüşmədiyi sual olaraq qalır.

“Mənə zəng vurub soruşurlar ki, bəs bizi unudublar? Biz də, daha ağır vəziyyətlərə düşmüşük. Əminəm ki, hökumət əvvəldən həssas qrupları dəvət etməli və bu kimi şeyləri etmək istədiyini söyləməli idi. Məsələ iş üslubundadır, ona görə ki, hökumət həmişə xalqla məsləhətləşəcəyini demişdi. Yoxsa, əgər o pul varsa ... bəli, Baş nazir dəfələrlə deyir ki, pul problemimiz yoxdur, üzr istəyirəm, həlak olanların ailələrinin pul problemi var”, - deyə Alaverdyan əlavə edib.

Xatırladaq ki, sentyabrın 20-də Ermənistanda ölən əsgərlərin anaları hökumət binası qarşısında etiraz aksiyası keçiriblər. Ölən hərbçilərin ailələri “1 Mart” qurbanlarının varisləri kimi 30 milyonluq birdəfəlik müavinət verilməsini tələb ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Etiraz   Paşinyan  

“Paşinyan deyir ki, pul problemimiz yoxdur, amma həlak olanların ailələrinin pul problemi var”

2019/09/34717-1569054995.jpg
Oxunub: 2799     12:34     21 Sentyabr 2019    