Ermənistanın Vayots Dzor bölgəsində zabitlər arasındakı davadan DETALLAR

2019/09/71092-1569052762.jpg
Oxunub: 425     11:01     21 Sentyabr 2019    
Ermənistan Vayots Dzor vilayətinin İstintaq İdarəsi tərəfindən aparılan zəruri istintaq və digər prosessual əməliyyatlar nəticəsində Ermənistan MN-in hərbi hissəsinin zabitinə ağır bədən xəsarəti yetirmə halları aşkar edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 2019-cu il sentyabrın 18-də saat 00:20 radələrində Ermənistan Polisinin Vayots Dzor İdarəsində “Yeğeqnadzor Tibb Mərkəzi” QSC-dən Şirak vilayət şəhər sakini, Müdafiə Nazirliyinin zabitinin huşsuz vəziyyətdə xəstəxanaya daxil olması barədə məlumat daxil olub.

18 sentyabr 2019-cu ildə Ermənistan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalından həmin zabitin həmin gün saat 06:40 radələrində qapalı kəllə-beyin travması, kəllə beynin sağ yarımkürə hissəsinin orta dərəcəli qırığı, sağ bilək üstü, alın hissənin kəskin subdural hematoması diaqnozu ilə qəbul edildiyi bildirilib. Təcili əməliyyat edilib, vəziyyəti son dərəcə ağırdır.

Görülən tədbirlər nəticəsində zabitin 2019-cu il sentyabrın 17-də təqribən 23:40 radələrində Yeğeqnadzordakı binalardan birinin həyətində mübahisə zamanı bədən xəsarəti aldığı məlum olub. 1991-ci il təvəllüdlü Yeğeqnadzor şəhərinin sakini olduğu iddia edilən təqsirli şəxs zabitin başına bir dəfə yumruqla zərbə vurub və zabit aldığı zərbədən yıxılıb.

Polisin Yeğeqnadzor bölməsi Ermənistan Cinayət Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açıb. Hadisə ilə bağlı İstintaq Komitəsinin Vayots Dzor Regional İstintaq İdarəsində ibtidai istintaq aparılır. İlkin araşdırma zamanı məlum olub ki, yuxarıda adı çəkilən zabitdən əlavə eyni hərbi hissənin digər iki zabiti də yaralanıb.

Yeğeqnadzor şəhər Arsenyan küçəsindəki binalardan birinin həyətində mübahisə zamanı 28 yaşlı Yeğeqnadzor sakininin zəng etməsi ilə ona dəstək verilmək üçün gələn 3-4 nəfər məsələyə aydınlıq gətirməyə çalışıb, ardından aralarında baş verən dava zamanı zabitləri döyüblər.

Hadisə ilə əlaqədar 28 yaşlı gənc həbs olunub. İlkin istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   zabitlər   dava  

Ermənistanın Vayots Dzor bölgəsində zabitlər arasındakı davadan DETALLAR

2019/09/71092-1569052762.jpg
Oxunub: 426     11:01     21 Sentyabr 2019    