Ukrayna inşası yarımçıq qalmış raket kreyserini satmaq niyyətindədir

2019/09/435-1569057397.jpg
Oxunub: 2840     13:12     21 Sentyabr 2019    
“Ukraynanın bu ölçüdə bir kreyserə ehtiyacı yoxdur, buna görə də bu kreyserin satılması imkanını nəzərdən keçirəcəyik. Bunun əvəzinə, silahlı qüvvələrimizin ehtiyacına uyğun olaraq daha kiçik ölçülü, amma daha çox gəmi inşa edəcəyik”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Ukraynanın “Ukroboronprom” dövlət müdafiə konserninin mətbuat xidmətinin rəhbəri Aivarasa Abramoviçius deyib

Dövlət müdafiə konserni hazırda Nikolayev Gəmiqayırma Zavodunda saxlanılan yarımçıq Ukrayna raket kreyserini satmaq niyyətindədir.

“Kreyser 1970-ci illərdə tərtib edilib və indiki şəraitdə hərəkət etməyə qadir deyil. Gəmi Qara və Azov dənizlərində istifadə edilə bilməz”, - deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Ukraynada raket kreyserinin inşa edilməsi 1990-cı illərdə yekunlaşmalı idi. Müxtəlif səbəblərdən inşası dayandırılıb və hazırda zavodda saxlanılır. Onun 95%-i yekunlaşıb. Gəmini lazımi vəziyyətdə saxlamaq artıq Ukrayna hökumətinə bir neçə milyon dollara başa gəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Raket-kreyseri  

Ukrayna inşası yarımçıq qalmış raket kreyserini satmaq niyyətindədir

2019/09/435-1569057397.jpg
Oxunub: 2841     13:12     21 Sentyabr 2019    