ABŞ Yaxın Şərqə əlavə qoşun və HHM vasitələri göndərir

2019/09/70863-1569050264.jpg
Oxunub: 315     09:10     21 Sentyabr 2019    
ABŞ İran ətrafındakı vəziyyətin gərginləşməsi və Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücum səbəbindən Yaxın Şərqə əlavə qoşun və hava hücumundan müdafiə vasitələri göndərir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonda ABŞ Müdafiə naziri Mark Esper və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəisi general Cozef Danford bildirib.

Bildirilib ki, təhlükənin böyüməsinin qarşısını almaq üçün Səudiyyə Ərəbistanı Krallığı infrastrukturunu qorumaq məqsədilə beynəlxalq dəstək istəyib: "Birləşmiş Ərəb Əmirliyi də ABŞ-dan kömək istədi. Xahişlərə cavab olaraq, prezident Tramp müvafiq qüvvələrin Yaxın Şərqə yerləşdirilməsini təsdiqlədi.

"Prezidentin açıqladığı kimi, ABŞ İranla qarşıdurma istəmir. Eyni zamanda, lazım gələrsə, hərbi əməliyyatlar üçün bir çox variantımız var", - deyə Esper qeyd edib.

Danford isə öz növbəsində bildirib ki, Yaxın Şərqə yerləşdiriləcək əlavə qoşunların sayı o qədər də çox olmayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Yaxın-Şərq  

ABŞ Yaxın Şərqə əlavə qoşun və HHM vasitələri göndərir

2019/09/70863-1569050264.jpg
Oxunub: 316     09:10     21 Sentyabr 2019    