Tonoyan generallarının onu ələ saldığını dandı

2019/08/00-12-1564649951.jpg
Oxunub: 520     16:18     20 Sentyabr 2019    
Xəbər verdiymiz kimi, Ermənistan Müdafiə naziri Davit Tonoyan gözlənilən istefası ilə bağlı şayiələri təkzib edib. Üstəlik, Artur Vanetsyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən istefası ilə bağlı şərh verməkdən imtina edib.

“Fərdi qərar olduğu üçün şərh verə bilmərəm. Ermənistan MTX direktoru dostum, həmkarımdır, kifayət qədər uzun vaxtdır, bir il yarım boyunca çox yaxından işləmişik, əməkdaşlıq etmişik, bütün şərhləri öz ixtiyarına buraxıram”, - deyə o bildirib.

O qeyd edib ki, Paşinyanla heç bir fikir ayrılığı yoxdur: “Hüquq-mühafizə orqanları rəhbərlərinin istefalarının təhlükəsizlik üçün təhlükə yaratdığına inanmıram. Ermənistan MN-də isə hər hansı yüksək vəzifəli şəxslərin istefası gözlənilmir”.

Erməni mətbuatı yazır ki, uzun müddətdir Müdafiə Nazirliyində fikir ayrılıqları var və bir sıra yüksək səviyyəli Müdafiə Nazirliyi rəsmiləri nazir David Tonoyana qarşı çıxıb. Məlumata görə, MN generalları, köhnə vəzifəlilər, hər dəfə nazir Tonoyana onlarla müharibəyə qatılmadığını, komandan olmadığını və müharibənin nə olduğunu bilmədiyini xatırladıblar.

Erməni jurnalistlər Ermənistan Müdafiə naziri David Tonoyandan bu və digər məsələlərə dair rəy alıb. O iddia edib ki, Ermənistan MN rəsmiləri arasında hər hansı fikir ayrılığı yoxdur.

O, Ermənistanın keşmiş MN generalları, köhnə məmurlarının onunla bağlı dediyi “o döyüşməyib, müharibə görməyib, komandan ola bilməz” sözlərinə toxunaraq qeyd edib ki, bunu müəyyən etmək üçün kimin hansı yolu keçdiyinə və yaşına baxmaları kifayətdir.

Ermənistan MN və FHN-də mənimsəmə faktları ilə bağlı cinayət işinin açılması ilə bağlı Tonayan bildirib ki, bu haqda məlumatı yoxdur və hər hansı cinayət işi başlamayıb.

“Ermənistan SQ-nin Baş Qərargah rəisinin istefası ilə bağlı xəbərlər spekulyasiyadır, əgər belə bir qərar qəbul edilsə, ən tez mətbuat bundan xəbər tutacaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tonoyan   Ermənistan   Özbaşınalıq  

Tonoyan generallarının onu ələ saldığını dandı

2019/08/00-12-1564649951.jpg
Oxunub: 521     16:18     20 Sentyabr 2019    