Ermənistanda əsgər analarının aksiyasını Qriqoryanın tərəfdarları təşkil edib

2019/09/70556-1568883810.jpg
Oxunub: 791     15:40     20 Sentyabr 2019    
Dünən Ermənistanın hökumət binası qarşısında döyüşlərdə ölmüş erməni hərbi qulluqçuların anaları etiraz aksiyası keçirərək Paşinyanla görüş tələb edirdilər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı və əsas aktoru istefada olan general Manvel Qriqoryanın köməkçisi Mesrop Manukyan olub.

Ölmüş hərbi qulluqçuların ailə üzvləri “1 Mart” hadisələri zamanı zərərçəkmiş şəxslərə ayrılmış məbləğ kimi, hökumət iclasında bütün ölmüş hərbçilərə 30 milyon erməni dramı ayrılması haqqında qərar qəbul edilməsini tələb edirdilər.

Manukyan “Əsgər” Koordinasiya Şurasının sədri Marqarita Xamatryanla bu kimi aksiyaların təşkil edilməsində uzun müddətdir əməkdaşlıq edir. Manukyan təşkilatçı rolu oynamaqdan imtina edib.

Digər bir diqqət yetirilməli fakt odur ki, Manukyanın qardaşı Artak Manukyan Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın əli ilə, “Müqəddəs Qriqor Lusavoriç” Tibb Mərkəzi direktorunun (nazirin dostu) əmri ilə həmin xəstəxananın direktor müavini təyin olunub və bütün maliyyə əməliyyatları əslində onun əlindədir.

Torosyan bunu bilərək general Manvelin köməkçisinin qardaşına vəzifə “verdi”. Manukyan da Paşinyana qarşı aksiyalar təşkil etdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistanda əsgər analarının aksiyasını Qriqoryanın tərəfdarları təşkil edib

2019/09/70556-1568883810.jpg
Oxunub: 792     15:40     20 Sentyabr 2019    