“Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb - FOTOLAR

2019/09/70404-1568965379.jpg
Oxunub: 580     11:41     20 Sentyabr 2019    
“Hərbyyə - Xəzər” düşərgəsinin birinci günündə şəxsi heyətin ilkin mərhələdə artilleriya atışlarına hazırlığı, rabitə vasitələrindən kodlaşdırılmış şəkildə məlumatların ötürülməsi, daxil olmuş məlumatın kodlaşdırılması, açılması, vaxtında ötürülməsi izah olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Ordu.az-a verilən məlumata görə, iştirakçılar simulyator vasitəsi ilə artilleriya atışının, 23-mm-lik “TAYFUN” silahından atışın icra edilməsində də iştirak ediblər. Həmçinin dəniz düyünlərinin vurulması formaları, qaydaları, növləri, gəmilərdə qəza anında yanğınla mübarizə zamanı geyim qaydaları barədə məlumat verilib. Sonda qayıqlarda estafet yarışları keçirilib.

Düşərgənin ikinci günündə isə Sahil Mühafizəsinin Tədris Mərkəzi və Muzeyi ilə tanışlıqdan sonra iştirakçılar silahın sökülüb-yığılması təliminə cəlb olunublar, müvafiq normativlər götürülüb.

Sonra kəndirin dartılması, burazın dairəyə, xilasedici dairənin təyin olunmuş nöqtəyə atılması, maneə zolağının keçilməsi müsabiqələri keçirilib. İştirakçıların Dövlət Sərhəd Xidmətinin xüsusi təlim görmüş xidməti itləri ilə tanışlığından sonra layihənin bağlanış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib. Tədbirdə düşərgə müddətində komandalar arasında keçirilən yarışların nəticələrinə uyğun olaraq mükafatlandırma mərasimi keçirilib.

Düşərgə “ASAN xidmət”, Dövlət Sərhəd Xidməti və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb. “Hərbiyyə - Xəzər” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunmuş sayca 5-ci hərbi vətənpərvərlik düşərgəsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbiyyə   DSX   ASAN   Xəzər  

“Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb - FOTOLAR

2019/09/70404-1568965379.jpg
Oxunub: 581     11:41     20 Sentyabr 2019    