Türkiyə polisi İŞİD-in maliyyə kanalını aşkar edib

2019/09/MALAY-1568960537.jpg
Oxunub: 439     10:41     20 Sentyabr 2019    
Türkiyə polisi İŞİD terror təşkilatının mühüm maliyyə qaynağını aşkar edib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, keçirilən xüsusi əməliyyat nəticəsində ümumilikdə 22 nəfər saxlanılıb.

Axtarışlar əsasən İstanbul, Kahramanmaraş, İzmir, Kayseri, Hatay, Adana, Sakarya və Bursada olmaqla eyni vaxtda 37 ünvanda aparılıb.

Əldə olunan dəlillər əsasında müəyyən edilib ki, əslində “Al-Haram” adı ilə fəaliyyət göstərən valyutadəyişmə məntəqəsi İŞİD terror təşkilatına pul toplama və çatdırma işləri ilə məşğuldur. Bu evlərdən 450 min lirə (təxminən 90 min dollar), 250 min dollar, 19 min avro, bir qədər qızıl, eyni zamanda pulsayan maşınlar ələ keçirilib.

İstanbulda isə İŞİD-ə qarşı aparılan xüsusi əməliyyatda 2-si qadın olmaqla, 8 nəfər terrorçuluq fəaliyyəti şübhəsi ilə həbs olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   İŞİD  

Türkiyə polisi İŞİD-in maliyyə kanalını aşkar edib

2019/09/MALAY-1568960537.jpg
Oxunub: 440     10:41     20 Sentyabr 2019    