Almaniya İraqdakı hərbçilərinin xidmət müddətini uzadıb

2019/09/50075-1568891182.jpg
Oxunub: 407     17:43     19 Sentyabr 2019    
Almaniya İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində İraqdakı hərbçilərinin xidmət müddətini daha bir il uzadıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniya Nazirlər Kabineti İraqdakı Almaniya hərbçilərinin xidmət müddətinin 31 oktyabr 2020-ci ilə qədər uzadılmasını təsdiqləyib.

Qərarda İraqdakı alman hərbçilərin sayının keçən ildəkindən 100 nəfər azaldılaraq, 700 nəfərə qədər məhdudlaşdırılması göstərilir.

Qeyd edək ki, Almaniyada Nazirlər Kabinetində qəbul olunan qərar Federal Parlamentdə də təsdiqlənməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   İraq  

Almaniya İraqdakı hərbçilərinin xidmət müddətini uzadıb

2019/09/50075-1568891182.jpg
Oxunub: 408     17:43     19 Sentyabr 2019    