İsveç yenə də hərbi büdcəsini genişləndirir

2019/09/isvec-1568870257.jpg
Oxunub: 586     18:14     19 Sentyabr 2019    
İsveç hökuməti ölkəsinin hərbi büdcəsini genişləndirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə İsveç hökumətinin dəftərxanası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2020-ci il üçün büdcə haqqında qanun layihəsində hökumət 2022-ci ilədək hərbi müdafiəyə daha 5 milyard İsveç kronu (466,5 milyon avro) ayırmağı təklif etmək niyyətindədir.

Hökumətin planlarına görə, əlavə pulların cəlb edilməsi yeni bank vergisi hesabına təmin edilməlidir.

Büdcə haqqında qanun layihəsi hökumət, Mərkəz Partiyası və Liberal Partiya arasındakı saziş əsasında hazırlanıb. Saziş 2022-ci ilə qədər müdafiə xərclərinin 5 milyard kron artırılmasını nəzərdə tutur. Bundan əlavə, sənəddə Müdafiə Komissiyasının təkliflərinə müvafiq olaraq 2025-ci ilə qədər büdcəyə hər il daha 5 milyon kron əlavə olunması qeyd edilir. Bu maliyyələşdirmə səmərəli şəkildə paylanmalıdır.

Qeyd edək ki, İsveç istər Avropada, istərsə də bütövlükdə dünyada vəziyyətin pisləşməsi ilə əlaqədar şəxsi təhlükəsizliyinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atıb. Məsələn, İsveç Silahlı Qüvvələri qonşu ölkələrlə təhlükəsizlik haqqında müqavilələr imzalamağa başlayıb. Bu müqavilələr tərəflərdən biri münaqişəyə cəlb olunduğu zaman qarşılıqlı yardım göstərilməsini nəzərdə tutur. İsveç satın aldığı silahların həcmini də artırıb. Məsələn, İsveçin silah alqı-satqısında ixtisaslaşan "Försvarets Мaterielverk" idarəsi uzun sürən danışıqlardan sonra 2018-ci ilin avqustunda İsveç Silahlı Qüvvələri üçün “Patriot PAC-3+” zenit raket sisteminin alınması haqqında ABŞ hökuməti ilə rəsmi saziş imzalayıb. Əqdin dəqiq məbləği açıqlanmır, lakin yerli ekspertlərin təxmininə görə, söhbət milyardlarla dollardan gedir. Bundan əlavə, İsveç hərbçiləri təlimlərin sayını nəzərəçarpacaq dərəcədə artırıblar. Krallıq hökuməti isə ölkənin müdafiə sahəsinə xərclərin artırıldığını elan edib. Təkcə 2015-2020-ci illər dövrü üçün müdafiəyə əlavə olaraq təqribən 33 milyard İsveç kronu (3,7 milyard avrodan çox) ayrılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsveç   Ordu  

İsveç yenə də hərbi büdcəsini genişləndirir

2019/09/isvec-1568870257.jpg
Oxunub: 587     18:14     19 Sentyabr 2019    