Erməni əsgər komandiri ilə əlbir olaraq xidmət yoldaşını güllələyib– DETALLAR

2019/09/Untit-1568794214.jpg
Oxunub: 663     17:18     19 Sentyabr 2019    
20 oktyabr 2017-ci ildə Ermənistan ordusuna məxsus “N” saylı hərbi hissənin kiçik çavuşu Davit Harutyunyan müddətli xidmət hərbi qulluqçusu sıravi X.Aramı silahla öldürüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sünik vilayət məhkəməsində Davit Harutyunyan və Hraç Hovhanisyanın işi üzrə məhkmə araşdırması başa çatıb.

İttihama əsasən, müddətli xidmət hərbi qulluqçusu 19 yaşlı kiçik çavuş Davit Harutyunyan 2017-ci ilin 13-27 oktyabr tarixləri arasında növbətçi heyətin tərkibində olub.

20 oktyabr 2017-ci il saat 12:40 radələrində ayıq növbə tərkibində müşahidəçi olaraq vəzifə borclarını yerinə yetirərkən əsgər yoldaşı müddətli xidmət hərbi qulluqçusu sıravi X.Aramla qarşılıqlı münasibətlərinin gərgin olması zəminində, onu qisas motivində öldürmək niyyətində olub. Bu məqsədilə özünə təhkim edilən avtomatın qoruyucusunu açıb və mərmilərlə dolu darağı avtomata taxaraq silahı doldurub. Silahın lüləsini həmin anda onunla söhbət edən sıravi əsgər X.Aramən sinəsinə yönəldib və tətiyi çəkib. X.Aram sinəsinin sol yarım hissəsindən dəlib keçən odlu silah yarası alması nəticəsində ölüb.

Hadisədən sonra kiçik çavuş D.Harutyunyan postun şəxsi heyətinə sıravi X.Aramın özünəqəsd etdiyini deyib.

Bilərəkdən öldürmə ittihamından əlavə, D.Harutyunyanın 2017-ci ilin 17 oktyabr tarixində xidmət yoldaşı S. Sevaka qarşı, 19 oktyabr tarixində isə X.Arama qarşı onu ayağından çəkərək zorakılıq törətdiyi məlum olub.

Taqım komandiri, 22 yaşlı leytenant Hraç Hovhanisyana qarşı isə vəzifəli şəxs olaraq 2017-ci ilin 17 oktyabr tarixində saat 21 radələrində hərbi qulluqçular D.Harutyunyanla əsgər S.Sevakın bir-birinə qarşılıqlı təhqir və xəsarət yetirdiklərini bildiyi halda, fəaliyyətsizlik nümayiş etdirib. O, baş verənlər barədə yuxarı komandanlığa məruzə etmədiyinə görə ittiham edilir.

Bundan başqa, 20 oktyabr tarixində D.Harutyunyanın əsgər X.Arama atəş etməsindən sonra ora-bura qaçarkən onu döyərək təhqir etməkdə, bir neçə dəfə zərbə endirməklə fiziki xəsarət yetirməkdə ittiham olunur. D.Harutyunyan ona qarşı irəli sürülən ittihamda özünü günahkar hesab etmədiyini qeyd edib. O, bildirib ki, X.Aramı öldürmək niyyəti olmayıb. Harutyunyan hadisədən öncə növbə zamanı səs eşitdiklərini qarşı tərəf olması ehtimalı ilə silahı doldurduğunu, lakin silahı boşaltmağı unutduğunu qeyd edib.

Ölən hərbi qulluqçu ilə növbə ərzində zarafatlaşdıqlarını bildirib. Bu zaman silahın lüləsini ona tutaraq, qoruyucunu açıb qorxutmaq niyyəti olsa da, atəş açılıb və hadisə baş verib.

Digər ittiham edilən şəxs, taqım komandiri leytenant H.Hovhanisyan, ona qarşı irəli sürülən ittihamla özünü günahkar hesab etmədiyini qeyd edib. O bildirib ki, hadisədən sonra “düşmən hücumu” deyə səs eşidib və həyəcan siqnalı verib. Lakin hadisə yerinə getdikdən sonra nə baş verdiyini dərk edib. Hadisəni törədən kiçik çavuş D.Harutyunyan özünü qəribə aparmaqla, təlaş içində ora-bura qaçaraq, “mən vurmaq istəmirdim, özü məcbur etdi, telefon verin atama zəng edim” deyə bağıraraq ora-bura qaçdığına görə, onu ayıltmaq üçün bir yumruq vurduğunu bildirib.

Məhkəmədə şahid qismində çıxış edən əsgər yoldaşları bildirib ki, kiçik çavuş Davit Harutyunyan döyüş mövqeyində aparılan mühəndis işlərinə kömək etmirdi, çalışırdı ki, avtoritet əldə etsin, digərlərindən fərqlənsin, rəhbərlik etsin. Şahidlərin ifadəsinə görə yaralı əsgər X.Aram xərəkdə daşınarkən D.Harutyunyan ona yaxınlaşaraq, “belə olmasını istəmirdim, bağışla qardaşım” deyə ona müraciət edib.

Məhkəmə kiçik çavuş Davit Harutyunyanı törətdiyi cinayət əməlinə görə CM-nin 2 maddəsi üzrə günahkar bilərək, ümumilikdə 12 il müddətinə azadlıqdan mərhum edib.

Taqım komandiri, leytenant Hraç Hovhanisyanı isə CM-nin müvafiq 2 maddəsi üzrə günahkar hesab edərək, 2 il 3 ay müddətinə azadlıqdan mərhum edib. Ona qarşı şərti azadlıqdan mərhum edilməklə, 3 il müddətinə sınaq dövrü təyin edilib.

Zərərçəkənin dəfn xərcləri olaraq, D.Harutyunyandan zərərçəkənin xeyrinə 1 mln 500 min dram vəsait tutulacaq. Bundan başqa, D.Harutyunyandan dövlət büdcəsi xeyrinə aparılan ekspertizaların ödənişi olmaqla məhkəmə xərcləri kimi 220 min 080 dram vəsaitin də tutulmasına qərar verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət  

Erməni əsgər komandiri ilə əlbir olaraq xidmət yoldaşını güllələyib– DETALLAR

2019/09/Untit-1568794214.jpg
Oxunub: 664     17:18     19 Sentyabr 2019    