Müdafiə nazirindən müharibə ANONSU: “Bu, yaxın vaxtlarda olacaq” (VİDEO)

2019/09/43534-1568629350.jpg
Oxunub: 4846     14:19     16 Sentyabr 2019    
“Hesab edirəm ki, biz hərbiçilər bu polmeikada iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir”.

Ordu.az xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Real TV”yə müsahibəsində Paşinyanın bəyanatları ilə bağlı açıqlamasında deyib.

Müdafiə naziri bildirib ki, bunlar bunu çoxdandır deyirlər.

“İndiyə kimi eliyə biliblər? Yox. Biz onlardan çox deyirik ki, Qarabağ bizimdir. Mən hesab edirəm ki, biz hərbiçilər bu polemikada, bu söz güləşdirməsində iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir. Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz bunu arzulayırıq. Bu, yaxın vaxtlarda olacaq və görəcəyik ki, o, sözünün üstündə dura biləcək, ya yox”, - deyə general-polkovnik qeyd edib.

Z.Həsənov Xarici İşlər Nazirliyinin onlara layiqli cavab verdiyini vurğulayıb.

“Neçə illərdir bunlar bunun üstündə çalışırlar. Heç Ermənintan rəsmi dövlət kimi Qarabağı tanımayıb. Hanı bu qanun? Boş-boş danışmaq onlara qalacaq. Bunlar 30 ildir danışırdılar ki, bunların ordusu elə ordudur ki, nə bilim nə edə bilərlər. Mən yenə də deyirəm, 2016-cı ildə Azərbayacan ordusu kiçik bir hissəsi ilə Ermənistan ordusunu 3 gün ərzində darmadağı etdi. Məcbur oldular ki, artıq səfərbərlik də elan etdilər. Səfərbərlik hansı vaxtda elan edilir? Nə vaxt ki, artıq ordunun gücü tükənir və dövlət səfərbərlik edir, qocaları yığır, toy-bayramla göndərir. Nə oldu? Hardadı bunlar? Qaçdılar dərhal öz yiyələrinin yanlarına yalvardılar ki, qoymayın qırırlar. Ancaq mən inanmıram ki, ikinci dəfə bunların yiyələri bunların arxasında dura biləcək”, - deyə Müdafiə naziri qeyd edib.

Ülfan İsmayılov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə   Zakir-Həsənov  

Müdafiə nazirindən müharibə ANONSU: “Bu, yaxın vaxtlarda olacaq” (VİDEO)

2019/09/43534-1568629350.jpg
Oxunub: 4847     14:19     16 Sentyabr 2019    