Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu amerikanşünas erməni ekspert Suren Sarkisyan bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların siyasi sistemini təsəvvür edəndə, nəticələrin nə ola biləcəyini izah etmək olduqca çətindir.
“Bu kim aktlar qəbul oluna bilər, lakin bu, federal hakimiyyətin işinə, federal hakimiyyət siyasətinə ümumi olaraq təsir etməyəcək. Federal hakimiyyət Türkiyə ilə dostluq əlaqələri siyasətinə davam edəcək. Ciddi geosiyasi məsələlərin həlli üçün bizim Vaşinqtonda təsirimiz olduqca zəifdir. Əgər biz İsrail kimi dövlət olsaydıq, əlbəttə, xüsusilə super güclər arasında siyasi ziddiyətlərdə manevr etmək üçün daha geniş imkanlarımız olardı”,- deyə Sarkisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az