Müdafiə naziri: "Bunların hamısı müharibəyə hazırlıq məqsədi daşıyır"

2019/08/3c39e-1566062068.jpg
Oxunub: 3652     11:40     16 Sentyabr 2019    
"“Azərbaycan Ordusu daim təlimlər keçir. Bunların hamısı müharibəyə hazırlıq məqsədi daşıyır. Azərbaycan Ordusu hər dəqiqə müharibəyə hazır olmalıdır".

Ordu.az xəbər verir ki, bu sözləri Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real TV”yə müsahibəsində deyib.

Müdafiə naziri, ordumuzun öz müqəddəs borcunu yerinə yetirməyə, torpaqlarını işğaldan azad etməyə hazırlaşdığını, hazır olduğunu və bunu arzuladığını vurğulayıb: "Bizim şəxsi heyətin döyüş hazırlığının yüksək olmasının sübutu da var. 2016-cı ildə biz bunu sübut etdik".

Z.Həsənov, Ermənistanın son zamanlar keçirilən beynəlxalq hərbi oyunlarda sonuncu yeri tutmasına da münasibət bildirib.

"Hər bir hərbi oyunda onlar biabır olurlar. Azərbaycan Ordusu isə belə yarışlarda daim yüksək yerlər tutur. Bu, ordumuzun nə dərəcədə böyük döyüş qabiliyyətinə malik olmasının göstəricisidir. Şəxsi heyətin yüksək səviyyədə döyüş hazırlığı, döyüş qabiliyyəti, ilk növbədə onların vətənpərvərliyindən asılıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, son illər şəxsi heyətin nizam-intizamı, ideoloji hazırlığı yüksək səviyyədədir. Azərbaycan xalqı öz Ordusunu sevir, ona güvənir və ona dəstək olur", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Zakir-Həsənov   Müharibə  

Müdafiə naziri: "Bunların hamısı müharibəyə hazırlıq məqsədi daşıyır"

2019/08/3c39e-1566062068.jpg
Oxunub: 3653     11:40     16 Sentyabr 2019    