Ermənistanda “Nork-Maraş” silahlı dəstəsinin işində yeni dövr başlayır

2019/09/Untit-1568450692.jpg
Oxunub: 412     12:43     16 Sentyabr 2019    
Xərbər verdiyimiz kimi, İrəvan məhkəməsində “Nork-Maraş” silahlı dəsətəsi işi üzrə ittiham edilən dəstə lideri Artur Vardanyanla bağlı qərar verib. Qərara əsasən vəkillərin vəsatəti təmin edilərək, 1 milyon dram girov müqabilində Vardanyan azad edilib.

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Vardanyanın vəkilləri və onun bir sıra tərəfdarları, keçmiş hakimiyyətə qarşı radikal mübarizənin lehinə olanlar, o cümlədən 2016-cı ildə polis alayını silahlı yolla ələ keçirən “Sasna Tsrer”in tərəfdarları davamlı olaraq Vardanyanın azad edilməsi məsələsini qaldırırdılar.

Hazırda məhkəmə Vardanyanın həbs ediməsi qərarını girov müqabilində azad edilməsi ilə əvəz edib. Bunun hüquqi əsası olan qərarla, yoxsa Köçəryan məhkəməsi, Amulsar mədəni ilə bağlı siyasi reallıqlarla əlaqəli olduğu bilinmir.

Eyni zamanda qeyd edək ki, 17 sentyabr tarixində də Ermənistan Konstitusiya Məhkəməsi Köçəryanın həbs qərarının dəyişib-dəyişməyəcəyinə son münasibətini bildirməlidir.

Bu mənada, heç olmasa Vardanyanın sərbəst buraxılmasının, hər hansı bir məntiqi zəncirlə Köçəryanın işi ilə bağlı yaxınlaşan məhkəmə qərarına bağlantılı olub-olmaması ilə bağlı hipotetik sual yarana bilər. Bu baxımdan, bəlkə də ən əhəmiyyətli amil “Nork-Maraş” silahlı qarşıdurmasının yarandığı vaxtdır.

Silahlı qruplaşmanın aşkar edilməsi haqqında Ermənistan MTX 2015-ci ilin dekabr ayında təlimat verib. Həmin vaxt “Nork Maraş” yaşayış məntəqəsindəki evlərdən birində zirehli texnika tətbiq edilməklə keçirilən əməliyyatı nümayiş etdirib. Bu hadisə 2015-ci ildə konstitusiya referendumundan bir neçə gün öncə baş verib.

Ermənistan MTX-nin yaydığı məlumata əsasən silahlı qruplaşma ölkə ərazisində dövlət qurumlarına və digər mühüm obyektlərə, o cümlədən Serj Sarkisyana qarşı təxribatlar törədilməsinə hazırlıq görüb.

Bunun Sarkisyanın idarəetmə modelini dəyişməyinə qarşı mübarizə aparan əsas qüvvə olduğunu nəzərə alsaq, hadisənin eyni zamanda mənəvi-psixoloji siyasi tərəfinin olması da şübhəsizdir. Bir çox qüvvələr, Sarkisyanın dəyişiklik aparmaqla hakimiyyəti miras olaraq qəbul etməyə hazırlaşdığı bir məqamda belə bir ifşaetmə halının müsbət fikir formalaşdırılmasına yönəlmiş ola bilərdi. MTX-nin bu faktı aşkar etməsi ilk növbədə idarəetmə sistemi daxilində mövcud müxalif qüvvələrə xəbərdarlıq xarakteri daşıdığı qeyd edilir.

Bu mənada Vardanyanın sərbəst buraxılmasına qədər məhkəmə prosesinin hakimiyyət dəyişikliyindən sonrakı dinamikası da maraqlıdır.

Bu məzmunda, bir neçə ay əvvəl bu iddia ilə həbs olunan daha bir məşhur şəxs, Ermənistanın keçmiş Baş nazirin müavini və Müdafiə nazirinin müavini Vahan Şirxanyanın sərbəst buraxıldığını xatırlamaq lazımdır. Sərbəst buraxıldıqdan sonra Şirxanyan Köçəryana ittihamlarla dolu məlum məktubunu yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Silahlı-dəstələr   Nork-Maraş  

Ermənistanda “Nork-Maraş” silahlı dəstəsinin işində yeni dövr başlayır

2019/09/Untit-1568450692.jpg
Oxunub: 413     12:43     16 Sentyabr 2019    