Ermənistanda yezidi kəndi təhlükə qarşısında – ETİRAZ

2019/09/45645-4704860940.jpg
Oxunub: 503     15:21     12 Sentyabr 2019    
Ermənistanın Armavir vilayətinin yezidi kənd sakinləri etiraz aksiyasına başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni polislər vilayətin Ferik kəndinə gələrək kəndin torpaq sahələrinə gedən yolunu bağlayıb və torpaq sahibinin hüquqlarını müdafiə ediblər.

Torpaq sahibinin nümayəndələri kənd təsərrüfatı texnikası gətirərək, torpaq şumlama işləri aparmağa cəhd edib. Problem kəndin torpaq sahələrindən 197 hektar ərazinin satılmasıdır. Bu problem faktiki olaraq kəndliləri otlaq sahələrindən mərhum edir. Torpaq sahəsi Ferik kənd sakinlərindən bixəbər, gizli yolla 2004-cü ildə deputat Hrant Qriqoryana və onun qardaşı Zarvand Qriqoryana satılıb.

Hər iki şəxs general Manvel Qriqoryanın qardaşı övladlarıdır. Həmin vaxt yezidi mənşəli Ferik kəndinin icra nümayəndəsi qonşu Haytağ kəndindən olan milliyətcə erməni Norik Hayrapetyan olub.

2018-ci ilədək güclü olan Qriqoryanlar torpaq sahəsindən istifadə etmirdi. Buna görə də, yezidi kəndlilər torpaqlarından mərhum edildiklərindən bixəbər olublar. Bu barədə hakimiyyət dəyişikliyindən sonra Suriya ermənisi, Ara Taqesyan adlı şəxsin gəlişi zamanı biliblər. Hakimiyyəti əldən verən Qriqoryanların inqilabdan öncə torpaqları sata bildikləri məlum olub.

İlk anda kəndlilərlə qarşıdurmaya getmək istəməyən yeni torpaq sahibi verdiyi 10% behi geri alaraq, torpaqdan imtina edəcəyini bildirib.

Ehtimal edilir ki, Qriqoryanlardan pulunu geri ala bilməyən yeni torpaq sahibi, Suriya ermənisi kəndə geri qayıdıb və davranış tərzini sərt şəkildə dəyişib.

Sahibkar tərəfindən davamlı olaraq, yerli sakinlərin milli azlıq təşkil etdiklərini vurğulaması yezidilərin qəzəbinə səbəb olub. Sahibkar deyib ki, bura onun doğma vətənidir, o, ermənidir və erməni torpağına sərmayə qoyur. Yerli kənd sakinləri ona qarşı çıxaraq, 90-cı illərdən aprel döyüşlərindək Ermənistanda və işğal altında olan ərazilərdə qulluq etdiklərini, ölənlər arasında yezidilərin də kifayət qədər olduğunu diqqətə çatdırıblar.

Ferik kənd sakinlərini otlaq sahələrindən mərhum etmək faktiki olaraq, əsasən maldarlıqla məşğul olan əhalinin torpaqlarını tərk etmələrinə səbəb olacaq. Qonşu erməni kənd sakinləri də yezidi Ferik kəndi ilə həmrəylik nümayiş etdirmir, onların probleminə laqeyd münasibət bəsləyirlər. Qonşu kəndlərin torpaq sahələri yezidilərin yaşadığı Ferik kəndinin torpaq sahələrinə nisbətən daha böyükdür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistanda yezidi kəndi təhlükə qarşısında – ETİRAZ

2019/09/45645-4704860940.jpg
Oxunub: 504     15:21     12 Sentyabr 2019    