ABŞ Azərbaycanı 10 milyon dəyərində kəşfiyyat və antiterror avandanlıqları ilə təmin edəcək

2019/09/orig--1568281892.jpg
Oxunub: 1840     14:10     12 Sentyabr 2019    
ABŞ-ın Virciniya ştatında yerləşən və texniki xidmətlər göstərən “VSE Corp” şirkəti Azərbaycanın antiterror, anti-kəşfiyyat avandanlıqları ilə təmin edilməsi və yerində, ixtisaslı təlimlərin həyata keçirilməsi ilə bağlı 10,082,812 dollarlıq məbləğində müqaviləyə imza atıb.

Ordu.az ABŞ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müqavilənin məqsədi Xəzər dənizində Azərbaycanın təhlükəsizliyinə dəstək verməkdir və bu, "Xarici Hərbi Alış-Satış" proqramının "Tərəfdaşların imkanlarını genişləndirməklə" alt lahiyəsi əsasında həyata keçirilir.

Qərara əsasən, proqramın 88 faizi ABŞ-da, 12 faizi isə Azərbaycanda həyata keçiriləcək.

Xatırladaq ki, "securityasistance" saytının bu ilin iyulunda nəşr etdiyi məlumatlara görə, ABŞ 2018-2019-cu illər ərzində Azərbaycana 101 milyon dollardan artıq hərbi yardım (avadanlıqlar, təlimlər və texniki xidmət) edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ-Azərbaycan   Hərbi-yardım  

ABŞ Azərbaycanı 10 milyon dəyərində kəşfiyyat və antiterror avandanlıqları ilə təmin edəcək

2019/09/orig--1568281892.jpg
Oxunub: 1841     14:10     12 Sentyabr 2019    