““1 Mart” hadisələri Levon Ter-Petrosyan tərəfindən idarə olunub” - Balasanyan

2019/05/0-=0--1557743700.jpg
Oxunub: 687     14:01     12 Sentyabr 2019    
Qondarma qurumun “təhlükəsizlik şurasının sabiq katibi” Vitali Balasanyan Ermənistan Xüsusi İstintaq Xidmətinə ifadə verib.

Ordu.az xəbər verir ki, Balasanyan “Facebook” səhifəsində verdiyi ifadəni yerləşdirib.

O xatırladıb ki, cari illin 3 sentyabrından başlayaraq Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən ona bildiriş göndərilməsi haqqında xəbər mətbuatda yayılıb.

“Ermənistan Cinayət-Prosessual Məcəlləsinin 201-cü maddəsinin 2-ci hissəsinə əsasən, müvafiq ilkin istintaq məlumatlarının icazəsiz yayılması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Buna görə də tərəfimdən ictimaiyyəti məlumatlı saxlamağı mənəvi borc hesab edirəm.

“Əvvəlcə qeyd edim ki, 62202608 nömrəli cinayət işi (“1 Mart” işi – red.) ilə bağlı ilkin istintaq məlumatlarının ümumi məxfiliyi (general-mayor S. Karapetyanın, general-mayor K. Vardanyanın ifadələri), o cümlədən də mənim haqqımda təqdim edilmiş bildirişlə bağlı məlumat qanunla müəyyən olunmuş qaydada saxlanılmır. Bildiriş qəbzinin sürətlərini, müvafiq ifadəmi və videoları aşağıda təqdim edirəm. Gələcəkdə mən bütün bu məsələrin şərhlərinə toxunacam”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Balasanyan   1-Mart  

““1 Mart” hadisələri Levon Ter-Petrosyan tərəfindən idarə olunub” - Balasanyan

2019/05/0-=0--1557743700.jpg
Oxunub: 688     14:01     12 Sentyabr 2019    