Rusiyalı ekspert təxribatçı erməni jurnalisti susdurdu: “Azərbaycan bütün rayonları və Şuşanı azad edəcək” (MÜSAHİBƏ)

2019/09/13485-1568272972.jpg
Oxunub: 12571     11:51     12 Sentyabr 2019    
“Mənim proqnozlarım çox aydındır. Əgər Qarabağı zəiflətsəniz, Azərbaycan sizi müharibəsiz alacaq. Bütün rayonları və Şuşanı azad edəcək. Həmin vaxt qaçqınların axını başlayacaq”.

“Bunun Azərbaycana, Moskvaya, Parisə, amerikalılara xoş gəlib-gəlmədiyinə əhəmiyyət verməyin. Azərbaycanın mövqeyi məlumdur. Bu ərazilər ona məxsusdur. Bu xoşunuza gəlir-gəlmir başqa məsələdir. Ancaq bu konkret bir mövqedir”.

Ordu.az Yaxın Şərq və Qafqaz məsələləri üzrə rusiyalı ekspert Stanislav Tarasovun “Araçin Lratvakan” xəbər agentliyinə açıqlamasını, daha doğrusu sonradan debata çevrilən müsahibəsini təqdim edir:

Sual: Cənab Tarasov, sizcə Putin və Makron Qarabağ məsələsinin həlli ilə bağlı konkret nə danışıblar? Hansı proqnozlar edilə bilər?

Cavab: Demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi böyük diqqət mərkəzində deyil. Onlar bu məsələni yalnız ona görə nəzərdən keçiriblər ki, hər iki tərəf Minsk qrupunun həmsədr ölkələridir. Bu formatda hər hansısa danışıqlar aparılır. Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin yeni görüşünün planlaşdırılması barədə məlumat yayılıb. Lakin görüş tarixi və yeri hələlik məlum deyil. Ancaq nə Rusiya, nə də Fransa hər şeyin ATƏT-in Minsk qrupu gündəliyi çərçivəsində baş verdiyini aydınlaşdırmayıb. Bu normal bir prosesdir, çünki hər iki ölkə Minsk qrupunun həmsədridir. Rusiya və Fransa münaqişədə ikinci ya üçüncü tərəf yox, birbaşa cəlb edilən ölkələrdir. Onların məsələyə diqqət ayırması burdan irəli gəlir. Putin-Makron görüşü haqqında daha ətraflı detallar məlum deyil. Bu isə o deməkdir ki, hər iki tərəf Minsk qrupunun irəli sürdüyü gündəliklə razıdır və proses davam edir.

Sual: Yəni növbətçi bir müzakirə aparılıb.

Cavab: Bəli növbətçi bir müzakirə aparılıb, xüsusi heç bir şey yoxdur.

Sual: Bəs Minsk qrupunun hansı gündəliyi vardır?

Cavab: Xüsusi heç bir şey yoxdur, sadəcə münaqişənin həllinə toxunulub. Nə Rusiya, nə Fransa, nə də Birləşmiş Ştatlar Qarabağ münaqişəsi ilə bağlı hər hansı xüsusi mövqeyə malik deyillər. İlk növbədə bu lokal münaqişədir və baxış sahəsindən uzaqdır. Bu gün hamı diqqətlə “birləşmə” həyata keçirməyə cəhd edən Paşinyanın fəaliyyətini diqqətlə izləyir. Heç kim onun mövqeyini başa düşə bilmir. Paşinyan bir tərəfdən qeyd edir ki, Qarabağ sakinləri məni seçmədiyinə görə, mən Qarabağın adından danışa bilmərəm, digər tərəfdən “birləşmə” haqqında danışaraq, “Qarabağ Ermənistandır, Vəssalam” deyə, bəyanat verir. Azərbaycanlılar yaranmış vəziyyətdən istifadə edərək, hücum etməyə hazırlaşmır. Onlar Ermənistanda baş verən hadisələri izləyir, Qarabağda baş tutacaq “seçkilər”i gözləyirlər. Onlar başa düşür ki, Paşinyan Qarabağı zəiflədir. Qarabağ güclüdür, Paşinyan isə zəifdir. O, Qarabağı zəiflədəcək və həmin vaxtda öz problemlərini asanlıqla həll edə bilərlər. Ermənilər özləri-özlərini məhv edir. Bu təəccüblü və çox qəribədir. Azərbaycanlılar yox, ermənilər özləri-özlərini məhv edir.

Sual: Bağışlayın, cənab Tarasov deyə bilərsiniz, dünya niyə bizə gülür?

Cavab: Götürün Paşinyanın çıxışını və mən Tarasova yox, bütün dünyaya onun nə demək istədiyini özünüz izah edin.

Sual: Bir dəqiqə bağışlayın, xahiş edirəm, ermənilər və Ermənistan haqqında danışarkən sözlərinizdə daha düzgün olmağa çalışın.

Cavab: Biz doğru ola və ya həqiqəti söyləməyə bilmərik. Çünki ilk növbədə Ermənistan bizim tərəfdaşımız və müttəfiqimizdir. İkincisi biz öhdəmizə müəyyən cavabdehlik götürmüşük. Üçüncüsü biz korrekt ola bilmərik, ona görə ki, ermənilər bizi müharibəyə çəkir. Dördüncüsü, ermənilər hesab edir ki, onların əvəzinə biz döyüşəcəyik. Belə bir vəziyyətdə necə korrekt ola bilərik, başa düşürsünüz. Biz Ermənistanın özünü bu və ya digər şəkildə aparmasını tələb etmirik. Biz tələb edirik ki, Ermənistan Qarabağ məsələsində öz mövqeyini aydın şəkildə ifadə etsin.

Sual: Mən əlbəttə rəhbəriniz Kolerovla birlikdə hansı təbliğata cəlb edildiyinizi başa düşürəm.

Cavab: Nə təbliğatı? Biz həmişə erməniləri müdafiə edən şəxslərdən biri olmuşuq.

Sual: Siz indi Serj Sarkisyan və Koçaryanın simasında Ermənistanın keçmiş rejiminə dəstək verirsiz, Koçaryanın və Sarkisyanın tərəfdarlarının danışdığı ritorika ilə danışırsız.

Cavab: Yaxşı qurtarın, Koçaryan türmədə oturub bu sizin daxili işinizdir.

Sual: Siz deyirsiniz Paşinyan Qarabağ məsələsi ilə bağlı dəqiq mövqe ifadə etmir. Mən sizin sualınıza cavab verərək bildirmək istəyirəm ki, Paşinyan hələ keçən il öz mövqeyini açıqlayaraq bəyan edib ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı istənilən versiya Ermənistan xalqı, Qarabağ sakinləri və Azərbaycan xalqı üçün məqbul olmalıdır və bu bəyanatını Avropa tribunalarından, xüsusilə Angela Merkellə birgə konfransında, Avropa parlamenti xarici münasibətlər komissiyasının üzvləri ilə suala cavabında səsləndirib. Bu bəyanatlarda sizə anlaşılmayan nə var?

Cavab: Siz hardasa, hansısa məktəbdə, hansısa universitetdə təhsil almısınız?

Sual: Siz deyirsiniz, Paşinyan Qarabağı zəiflədir, bəyanatınızı əsaslandıra bilərsiniz?

Cavab: Paşinyan bəyan edib ki, münaqişənin nizamlanmasında Azərbaycanın maraqları da nəzərə alınmalıdır. Siz deyə bilərsiz Azərbaycanın maraqları nədən ibarətdir?

Sual: Paşinyan münaqişənin qarşılıqlı güzəşt yolu ilə həllini nəzərdə tutur. Burda anlaşılmayan nə var ki?

Cavab: Tanqo rəqsi ikitərəfli icra olunur, Paşinyan müharibə vəziyyətində olduğu Azərbaycanla ortaq maraqlardan danışır. Bu necə ola bilər?

Sual: Paşinyan Azərbaycanın güzəştə hazır olması barədə bəyanat verməyənədək heç bir güzəştdən danışmayacağını qeyd edib. Paşinyanla Əliyevin iyun ayında görüşəcəyi və müqavilə imzalayaraq, ermənilərin Azərbaycana bir neçə rayonu güzəştə gedəcəyinə dair aylar öncə erməni mətbuatına verdiyiniz müsahibəyə açıqlama verə bilərsinizmi?

Cavab: Bəli, təkrar edirəm, Paşinyan necə açıqlama veribdisə, necə anlaşılırdısa, o cür də qənaətə gəlmişdik.

Sual: Paşinyan “Qarabağ Ermənistandır, Vəssalam” deyib, bundan əlavə nə desin?

Cavab: Çox yaxşı, siz Minsk qrupu çərçivəsində beynəlxalq razılaşma içərisində olmaqla danışıqlarda iştirak edirsiniz. Erməni parlamentində böyük əksəriyyət Paşinyanın tərəfdarlarıdır. Qoy erməni parlamentində müvafiq qanun hazırlasınlar, referendum keçirsinlər və Qarabağın hüquqi cəhətdən Ermənistanın tərkib hissəsi olduğunu bəyan etsinlər. İndi isə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı referendum keçirin. Bu bəyanatları boş-boşuna kim üçün verirsiniz? Bununla siz Minsk prosesini dağıdırsınız. Bir tərəfdən bəyanatlar verir, digər tərəfdən köhnə format daxilində Paşinyanı danışıqlara göndərirsiniz. Serj Sarkisyan da belə edirdi, heç bir şey dəyişməyib.

Sual: Bu bəyanatın beynəlxalq aləm üçün yox, daxili auditoriyaya hesablandığını siz də bilirsiniz.

Cavab: Super dövlətlər daxili və xarici auitoriya üçün hesablanmış bəyanatlar verə bilər. Ermənistanda cəmi 2 milyon erməni yaşayır, qalanları xaricdədir. Diaspora daxili, yoxsa xarici auditoriyadır? Bizə dünyanın bütün erməniləri baxır və izləyir. Rusiyadakı ermənilər də baxır və nə baş verdiyini dərk edə bilmirlər. Biz Rusiyadakı ermənilərlə təmasda oluruq, onların da Ermənistanda nə baş verdiyini anlamadıqlarını görürük. Hansı daxili auditoriyadan söhbət gedə bilər? Nə demək istədiyinizi normal dillə başa salın.

Sual: Siz deyirsiniz, Minsk qrupunun prosesini dağıdırıq. Necə dağıdırıq?

Cavab: Çox sadə, danışıqlar yoxdur.

Sual: Bundan əvvəl danışıqlar məgər var idi?

Cavab: Mənim proqnozlarım çox aydındır. Əgər Qarabağı zəiflətsəniz, Azərbaycan sizi müharibəsiz alacaq. Bütün rayonları və Şuşanı azad edəcək. Həmin vaxt qaçqınların axını başlayacaq. Biz bunu istəmirik, ancaq belə olacaq. Paradoks ondadır ki, Paşinyan öz inqilabı ilə 10 il gecikib. İndi o, heç kimə lazım deyil. Demokratiya kimə lazımdır? Heç bir inqilab baş verməyib. Sadəcə hakimiyyət dəyişikliyi baş verib. Real tərəfdaşlar və müttəfiqlər tapmaq lazımdır. Real problemləri həll etmək vacibdir, yoxsa inqilab ixracı ilə məşğul olmaq lazım deyil.

Sual: Qarabağı necə zəiflədirik, bunu izah edin. Biz sizin tövsiyyələri nəzərə alarıq. Konkret necə Qarabağı zəiflədirik?

Cavab: Bura baxın, əgər bir şeyi səhv deyirəmsə, bunu mənə bildirin. Paşinyan bəyan edib ki, Qarabağ münaqişəsi nizamlanarkən Azərbaycan, Qarabağ (qondarma qurum-red.)və Ermənistan maraqları nəzərə alınmalıdır, doğrudur ya yox?

Sual: Xeyr, o deyir ki, münaqişənin istənilən nizamlanması Ermənistan, Qarabağ sakinləri və Azərbaycan xalqı üçün məqbul olmalıdır.

Cavab: Çox yaxşı bu fikrinizi qəbul edirəm. İstənilən versiyadan danışırsınız. Azərbaycanın versiyası sizə məlumdur? Azərbaycan öz versiyasını açıq-aydın bəyan edir, ərazilərin qaytarılması, ermənilər əraziləri işğal edib və s. Bu onun rəsmi mövqeyidir, belədir ya yox? Mən şişirtmirəm ki?

Sual: Bəli, elədir, Azərbaycan deyir ki, yalnız Qarabağ yox, Ermənistanın digər əraziləri də ona aiddir. Elədir?

Cavab: Bəs Ermənistan nə istəyir? Ermənistan müstəqil Qarabağ görmək istəyir? Xeyr, ermənilər bunu istəyirdi, indi istəmir. Ermənistan birləşmək istəyir, çox yaxşı. Birləşmə yolu ilə gedin, bunu edin. Həmin vaxt nə etmək istədiyiniz məlum olacaq. Bunun Azərbaycana, Moskvaya, Parisə, amerikalılara xoş gəlib-gəlmədiyinə əhəmiyyət verməyin. Azərbaycanın mövqeyi məlumdur. Bu ərazilər ona məxsusdur. Bu xoşunuza gəlir-gəlmir başqa məsələdir. Ancaq bu konkret bir mövqedir. Bəs Ermənistanın mövqeyi nədir? Paşinyandan əvvəl 3 prezidentiniz olub. Onlar Paşinyana hansı mirası qoyub? Bu prezidentlər Paşinyana nəzarət edilən 7 rayon və Ermənistanın nəzarət zonasında olan Qarabağı miras qoyublar. Heç bir ərazi itirilməyən, təhvil verilməyən miras qoyulub. Apreldə Azərbaycanın geri qaytardığı bəzi yüksəklikləri nəzərə almasaq, bu bir faktdır.

Sual: Bəli, Paşinyanın Madrid prinsiplərini də miras aldığı bunların içərisindədir. Həmin prinsiplərə görə Qarabağın statusu ilə bağlı keçiriləcək referendumun qeyri-müəyyən perspektivi ərzində rayonlar qaytarılmalı idi.

Cavab: Yaxşı sualdır, indi Madrid prinsipləri sizin xoşunuza gəlir ya yox? Biz hesab edirdik ki, inqilab yolu ilə hakimiyyətə gələn Paşinyan Nalbandyanın, Sarkisyanın və digərlərinin etdiklərini təkrarlamayacaq. İlk növbədə Azərbaycanla aparılan danışıqlarda şəffaflığa üstünlük verəcək. Lakin belə olmadı. O, Əliyevlə Düşənbədə, Sankt-Peterburqda, Davosda, sonra Vyanada görüşdü. Ermənistanın Xarici İşlər naziri Mnatsakanyan isə azərbaycanlı həmkarı ilə ümumi hesabla 15 saata yaxın danışıqlar aparıb. Bu 15 saat ərzində onlar nədən danışıb? Niyə inqilabçı Paşinyan danışıqların detallarını gizli saxlayır? Paşinyan deyirdi ki, Qarabağ (qondarma qurum-red.) danışıqlar tərəfidir. Bəs niyə Qarabağın iştirakı olmadan danışıqlar aparır? Heç bir dəyişiklik edilməyib, Serj Sarkisyandan Paşinyanın heç bir fərqi yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   Təxribat  

Rusiyalı ekspert təxribatçı erməni jurnalisti susdurdu: “Azərbaycan bütün rayonları və Şuşanı azad edəcək” (MÜSAHİBƏ)

2019/09/13485-1568272972.jpg
Oxunub: 12574     11:51     12 Sentyabr 2019    