Tramp Boltonun vəzifədən kənarlaşdırılmasının səbəblərindən danışıb

2019/09/h1-tr-1568265276.jpg
Oxunub: 217     09:13     12 Sentyabr 2019    
“Mənim əslində onunla çox yaxşı münasibətim var idi, amma rəhbərlikdə çox vacib hesab etdiyim insanlarla ortaq dil tapmadı”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp öz açıqlamasında deyib.

O qeyd edib ki, Boltonun KXDR Dövlət Şurasının Sədri Kim Çen In üçün “Liviya modeli” haqqında danışması yanlış idi.

"Baxın, Liviya lideri Muəmmar Qəddafinin başına nə gəldi. Belə bir açıqlama vermək lazım deyildi. Bu, yalnız bizi geri atdı”, - deyə prezident vurğulayıb.

Prezident, həmçinin Con Boltonun Venesueladakı mövqeyi ilə də razılaşmayıb.

“Düşünürəm ki, qəbuledilməz mövqe tutdu. Haqlı olduğumu düşünürəm”, - deyə Tramp bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iki gün əvvəl Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonu işdən azad edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Bolton  

Tramp Boltonun vəzifədən kənarlaşdırılmasının səbəblərindən danışıb

2019/09/h1-tr-1568265276.jpg
Oxunub: 220     09:13     12 Sentyabr 2019    