“Pentaqon Azərbaycana 10,082,812 dollar yardım edib”

2019/02/10497-1550814179.jpg
Oxunub: 911     15:48     11 Sentyabr 2019    
“Pentaqon anti-terror əməliyyatı və kəşfiyyat sistemlərinin alınması üçün Azərbaycana 10,082,812 dollar yardım edib”.

Ordu.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzə erməni ekspert Suren Sarkisyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri üçün xüsusi təlim də keçiriləcək.

“Pentaqon Xəzər dənizinin təhlükəsizlik proqramı ilə lahiyə həyata keçirir”, - deyə Sarkisyan qeyd edib.

Qeyd edək ki, maliyyə vəsaitinə “Caspian Guard” (“Xəzər keşikçisi”) təhlükəsizlik layihəsi çərçivəsində Azərbaycanla yanaşı, Qazaxıstan da cəlb olunub. Layihə Bakı ilə Nursultanın (keçmiş Astana şəhərinin) sərhədlərdə təhlükəsizliyin artırılmasına, terrorizm təhdidlərinin, həmçinin insan alveri, narkotik ticarəti kimi digər transmilli təhlükələrin qarşısını almağa istiqamətlənib. Təbii ki, ABŞ “Caspian Guard” layihəsini Azərbaycan və ya Qazaxıstana böyük məhəbbətindən dolayı etmir. Bunu öz milli maraqlarından – əhəmiyyətli enerji layihələrinin müdafiəsi, Rusiya və İrandan şübhəli yüklərin əraziyə keçməməsi üçün edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   Azərbaycan  

“Pentaqon Azərbaycana 10,082,812 dollar yardım edib”

2019/02/10497-1550814179.jpg
Oxunub: 912     15:48     11 Sentyabr 2019    