İraq Suriya ilə quru sərhədi açmağa hazırlaşır

2019/09/thumb-1568191238.jpg
Oxunub: 342     19:39     11 Sentyabr 2019    
"İraq hökuməti Suriya ilə quru sərhədinin açılmasına hazırlığın son mərhələsindədir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu sərhəddə yerləşən Əl-Qaim şəhərinin meri Əhməd Jidyan deyib.

Jidyan Əl-Qaimdəki nəzarət məntəqəsinin bərpası üçün işlərin 90% tamamlandığını söyləyib. Qalan 10%-i əsasən sərhəd keçidində enerji təminatını bərpa etmək kimi lojistik vəzifələrdir.

Bundan əvvəl rəsmi Bağdad qərb qonşusu ilə sərhədi sentyabrın 7-də açmaq istədiyini bildirmişdi, lakin Suriya tərəfindən də tikinti işlərinin davam etməsilə əlaqədar bu, daha sonra baş verəcək

Əl-Qaim yoxlama məntəqəsinin açılması hər iki ölkədə vəziyyətin xeyli yaxşılaşmasına səbəb olacaq, çünki Suriya ilə İraq arasında ikitərəfli ticarət həmişə sabit iqtisadi artımın qarantı olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İraq   Suriya  

İraq Suriya ilə quru sərhədi açmağa hazırlaşır

2019/09/thumb-1568191238.jpg
Oxunub: 343     19:39     11 Sentyabr 2019    