Erməni kəşfiyyatçı: “Bəlkə də Qarabağ Ermənistanın bir hissəsini təşkil etmir”

2019/08/Vova--1564828382.jpg
Oxunub: 542     12:53     11 Sentyabr 2019    
“Qarabağ sadəcə muxtar respublikadır. Bəlkə də Ermənistanın bir hissəsini təşkil etmir, ancaq Ermənistanın bir hissəsidir. Qarabağ sakinlərinin Ermənistan pasportu var, eyni pulu istifadə edirlər, bankları eynidir, hər şey eynidir, indi Qarabağ muxtardır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın ilk kəşfiyyat-diversiya dəstəsinin yaradıcılarından hesab olunan Vova Vardanov bildirib.

Onun sözlərinə görə, adətən siyasi bəyanatları şərh etməsə də, Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatını şərh edəcək.

“Qarabağ Qars vilayəti və Van kimi Ermənistanın bir hissəsidir, sadəcə bizim əlimizdə deyil”, - deyə o Paşinyanın təxribatçı bəyanatını bir az da bəzəyib.

Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri Tevan Poğosyanın sözlərinə görə isə, bu gün Azərbaycan hazırkı vəziyyətdə hərbi əməliyyatlara başlamır, çünki müxtəlif hesablamalarla - texnikadan tutmuş informasiya müharibəsi və dünyanın reaksiyasına qədər nəzərə alıb.

“Azərbaycan Ermənistan və Qarabağ birliyinin parçalanmasını nə zaman görsə, həmin an əməliyyatlara əl atacaq, bu, hərbi, informasiya və iqtisadi baxımdan olacaq”,- deyə Poğosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vardanov   Təxribat  

Erməni kəşfiyyatçı: “Bəlkə də Qarabağ Ermənistanın bir hissəsini təşkil etmir”

2019/08/Vova--1564828382.jpg
Oxunub: 543     12:53     11 Sentyabr 2019    