İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

2019/09/gggg-1568178623.jpg
Oxunub: 417     10:43     11 Sentyabr 2019    
İsrailin qırıcı təyyarələri Qəzza zolağında Həmasın 15 hərbi mövqeyinə hava zərbələri endirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, bir müddət əvvəl İsrail Müdafiə Ordusunun qırıcı təyyarələri Qəzza zolağının şimal və mərkəzi hissələrində HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin bir sıra mövqelərinə və obyektlərinə, o cümlədən yeraltı tunel və silah istehsalı üzrə emalatxana da daxil olmaqla 15 terror mövqeyinə zərbələr endirib. Hücum Qəzza zolağından İsrail ərazisinə buraxılan iki raketə cavab olaraq həyata keçirilib.

Xatırladaq ki, ötən gün Qəzza zolağından İsrailin Aşkelon və Aşdod şəhərlərinə iki raket buraxılıb. Raketlər "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   Qəzza  

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

2019/09/gggg-1568178623.jpg
Oxunub: 418     10:43     11 Sentyabr 2019    