“Nikolun “xilaskar qəhrəmanlığı” haqqında mif boşa çıxdı” – Şarmazanov

2019/04/41915-1556196015.jpg
Oxunub: 409     15:18     10 Sentyabr 2019    
“Ermənistan hakimiyyət intellektuallarından biri yunan ədəbiyyatını oxumağı deputatlara məsləhət görüb. Yunan ədəbiyyatını, xüsusilə də Homerin “İliada” və “Odisey” əsələrini oxumaq məhz hakim pramidanın ucunda olan Paşinyan üçün faydalı ola bilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, hakimiyyət nümayəndələri “Troya atı” və orada pusquda dayanmış Odisevs haqqında unutmamaq üçün, ikincisi, hətta Axilles kimi qəhrəmanın həssas dabanı olduğunu xatırlamaq üçün bunu oxumalıdır.

“Sözsüz, Paşinyan Axilles deyil. Qəhrəmanlıq haqqında qədim yunanların və ümumiyyətlə klassik tərif tamamilə başqa şeydir. Bu gün bizdə tərif deməklə sadəlövhlərə inanmağa cəhd edilir. Paşinyanın “xilaskar qəhrəmanlığı” haqqında mif yunanların Troyanı sürətlə - bir gecədə tutquları kimi boşa çıxdı”, - deyə o qeyd edib.

O bildirib ki, sonsuz populizm və manipulyasiya “padşahın çılpaq olduğunu” anlayana qədər 30 ildə qurulmuş dövlətçiliyi haldan salacaq.

“İsətəsə də, istəməsə də, tez və ya gec populizm və saxtakarlığın, yalançılığın dabanı vurulacaq. “Troya atı” ilə, yoxsa birbaşa? Bunu zaman göstərəcək”, - deyə Şarmazanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şarmazanov   Paşinyan  

“Nikolun “xilaskar qəhrəmanlığı” haqqında mif boşa çıxdı” – Şarmazanov

2019/04/41915-1556196015.jpg
Oxunub: 410     15:18     10 Sentyabr 2019    