Ermənistan ordusunda yeməkdən böcək çıxmasına MN-dən reaksiya: “Bu hər orduda ola bilər”

2019/09/Untit-1568109575.jpg
Oxunub: 382     14:32     10 Sentyabr 2019    
“KİV-lərdə bir əsgərin ordu yeməyindən narahat olduğunu və hətta kartof püresindən böcəyin çıxdığı xəbəri yayılıb. Əziz dostlar, bu, hər bir orduda ola bilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, guya göstəriş verilərsə həmin əsgərin yeri təyin edilərək Ermənistan MN tərəfindən təltif ediləcək.

“Çörək çox ağ və təzə deyil? Yaxud həşərat nə üçün çörəyin içində deyil, üstündədir? Əziz dostlar, bu, hər bir orduda ola bilər. Əgər bu hadisə gerçəkdirsə, o zaman bu bir daha təsdiq edir ki, hərbi yeməkxanalar yeni qida sisteminə keçməlidir. Əgər bu əsgər və hadisə gerçəkdirsə, o zaman dəqiq yeri təyin edilərək Ermənistan Müdafiə Nazirliyi həmin əsgəri təltif edəcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Özbaşınalıq  

Ermənistan ordusunda yeməkdən böcək çıxmasına MN-dən reaksiya: “Bu hər orduda ola bilər”

2019/09/Untit-1568109575.jpg
Oxunub: 385     14:32     10 Sentyabr 2019    