Yevlaxda “TurAz Qartalı - 2019” təlimlərinə hazırlıq prosesi başa çatıb - FOTOLAR

2019/09/69941-15680977640.jpg
Oxunub: 817     10:39     10 Sentyabr 2019    
“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərinin Yevlax Aeroportunda keçirilməsinə hazırlıq prosesi başa çatıb.

Ordu.az-ın müxbirinin verdiyi məlumata görə, bu gün saat 10:00-da pilotlarla uçuş öncəsi brifinq keçirilib.

Brifinqdə qeyd olunub ki, Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşlarını həyata keçirmək üçün uçuş zolağı tam hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, “TurAz Qartalı - 2019” birgə taktiki təlimləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilir.

Sentyabrın 2-dən start götürən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

Sentybarın 16-ı yekunlaşacaq təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.

Daşqın Abdullayev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yevlax   TurAz-Qartalı-2019  

Yevlaxda “TurAz Qartalı - 2019” təlimlərinə hazırlıq prosesi başa çatıb - FOTOLAR

2019/09/69941-15680977640.jpg
Oxunub: 820     10:39     10 Sentyabr 2019    