Hərbiləşdirilmiş Mühafizə İdarəsi fəaliyyətinin 22-ci ilini qeyd edir

2019/09/15680-1568043279.jpg
Oxunub: 365     17:55     09 Sentyabr 2019    
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində fəaliyyət göstərən Hərbiləşdirilmiş Mühafizə İdarəsinin yaradılmasından 22 il ötür.

Nazirlikdən Ordu.az-a bildirilib ki, Hərbiləşdirilmiş Mühafizə İdarəsi 1997-ci il sentyabrın 9-da rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi məqsədilə yaradılıb. İdarə 2015-ci il martın 13-dən Məhdud Məsuliyyətli Cəmiyyət kimi fəaliyyət göstərir.

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC NRYTN-in strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların, başqa rabitə və qeyri-rabitə obyektlərinin mühafizəsini, obyektlərə nəzarət-buraxılış rejiminə və yanğın təhlükəsizliyinə nəzarəti təmin edir.

İdarənin şəxsi heyətinin 80 faizi gənclərdən ibarətdir. Hərbiləşdirilmiş Mühafizə İdarəsinin yetişdirdiyi gənc mühafizəçilər idmanın müxtəlif növləri üzrə ümumrespublika, Avropa və dünya6 çempionatlarında layiqli qələbələr qazanıblar.

Qeyd edək ki, Hərbiləşdirilmiş Mühafizə İdarəsinin yaradılmasının 22 illiyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq əmri ilə bu sahənin inkişafında böyük əməyi olan və fərqlənən işçilər fəxri adlara layiq görülüb, mükafatlandırılıblar. Cəfərov Hikmət Məmmədəli oğlu və Əliyev Əbülfəz Cəlal oğlu Fəxri fərmanla təltif olunub. Cəfərov Azər Əlikişi oğlu və Bayramov Adil Qılıncxan oğluna rabitə daxili xidməti polkovniki, Əhmədov Hətəm Qismət oğluna isə daxili xidməti polkovnik-leytenantı rütbələri verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Hərbiləşdirilmiş-Mühafizə-İdarəsi  

Hərbiləşdirilmiş Mühafizə İdarəsi fəaliyyətinin 22-ci ilini qeyd edir

2019/09/15680-1568043279.jpg
Oxunub: 366     17:55     09 Sentyabr 2019    