“Serj haqlı, Nikol səhv idi” – Paşinyan heç bir siyasi dəyişikliyə getməyib

2019/09/Serj--1568016994.jpg
Oxunub: 486     20:16     10 Sentyabr 2019    
“Vaxtilə heç bir dərdi olmayan Paşinyan, dərk etmədən məsələnin kökünü, dərinliyini bilmədən, anlaşılmaz populist çıxışlar edirdi. Faktiki olaraq, Paşinyan siyasi dəyişikliyə əl atmadı və Serj Sarkisyanın xarici siyasət xəttini davam etməyi üstün tutdu”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni müəllif Armen Hovasapyan bildirib.

Avropa İttifaqı ilə sazişinin təsdiqlənməsi haqqında danışıqlar aparan Ermənistan 2013-cü ilin sentyabr ayının 3-də çoxları üçün təəccblü olsa da, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına (AİƏT) üzvlük barədə müraciət təqdim edib. Həmin dövrdə Serj Sarkisyan Ermənistanın geosiyasi və iqtisadi inkişafını bu birlik daxilində görürdü.

Hovsapyanın sözlərinə görə, Ermənistanda fəaliyyət göstərən Qərb təşkilatları və qərbyönlü ekspert dairələri bu birliyə qoşulma addımını ciddi şəkildə şərh etməyə və tənqidlərə məruz qoymağa başladılar və hətta bir çoxları bunu erməni dövlətçiliyinin itkisi, Ermənistanın müstəqilliyinin ləğv edilməsi, xəyanətkarlıq hesab edirdilər.

“Qeyd edək ki, siyasi aləmin nümayəndələri də AİƏT-ə qoşulmaqla bağlı kəskin tənqidlər səsləndiriblər. Həmin dövrdə Ermənistanın AİƏT-ə üzv olmasını Paşinyan və təmsil etdiyi “Yelk” ittifaqı da tənqid edirdi, bu addıma qarşı çıxış edirdi. Yeri gəlmişkən həmin bu ittifaq erməni parlamentində “Ermənistanın AİƏT tərkibindən çıxması” haqqında qanun layihəsi ilə çıxış etmişdi, təbii ki, bu qanun layihəsi qəbul edilmədi”, - deyə o qeyd edib.

Həmin dövrdə müxalifətdə olan, hakimiyyətin bir nömrəli tənqidçisi Paşinyan parlament tribunasından ictimai şəkildə bəyan edib ki, Ermənistanın AİƏT-də heç bir işi yoxdur.

“AİƏT qurumuna üzvlük Ermənistanın iqtisadi, hərbi siyasi və siyasi təhlükəsizliyinə ciddi təhdid yaradıb. Son iki ildə baş verənlər bu iddiaları əsaslandırıb. Ona görə Ermənistanın üzv olduğu 3 il müddətində ÜDM dollar hesabı ilə 8%, məşğulluq səviyyəsi 13%, beynəlxalq ehtiyat 40% azalıb, dövlət borcu 10% artıb”, - deyə Paşinyan 2017-ci ilin sentyabrında bildirirdi.

Həmçinin Paşinyan qeyd edirdi ki, siyasi baxımından AİƏT-ə üzvlük iki səbəbdən çox təhlükəlidir. Bu səbəblər AİƏT-ə üzv ölkələr tərəfindən davamlı olaraq Ermənistana qarşı hörmətsizlik, yaxud ermənilərin daxili işlərinə olduqca kinli müdaxilələr və ya buna cəhdlərin edilməsidir.

“İndi artıq baş nazir olduqdan sonra Paşinyan güman ki, bu qərarın əhəmiyyətini və hansı təhlükəsizlik və geosiyasi risklərin dəyərləndirilməsindən sonra bu üzvlük konsepsiyasının qəbul edilməsinə dair vaxtilə nə dərəcədə doğru qərar verildiyini dərk edir”, - deyə Hovasapyan qeyd edib.

Onun sözlərinə görə, vaxtilə Paşinyan tərəfindən edilən bəyanatlar və onun anti-rus mövqeyi Kremldə unudulmayıb.

“Üstəlik Ermənistanda anti-rus siyasətinin baş memarının Paşinyan olduğunu Aprel döyüşlərində verdiyi bəyanatlarla xatırlamaq yerinə düşər. Həmin vaxt Paşinyan iddia edirdi ki, Aprel döyüşlərini Rusiya tərəfi Azərbaycanı AİƏT qurumuna üzv etmək məqsədilə törədib. Aydındır ki, AİƏT qurumuna üzv olmaq təklifində Rusiyaya müqavimət göstərən ölkələrdə xaos vəziyyəti yarandı. Buna misal olaraq, ərazi bütövlüyü problemləri ilə üz-üzə qalan, kövrək daxili sabitliyə malik Ukrayna, Gürcüstan və Moldovanı göstərmək olar”, - deyə Hovasapyan qeyd edib.

O əlavə edib ki, artıq Ukrayna və Gürcüstanda neçə dəfə prezident, hökumət dəyişiklikləri baş verib.

“Bu onu göstərir ki, 2013-cü ildə Serj Sarkisyanın AİƏT üzv olması qərarının dərin diplomatik tərəfləri olub və irəlidə baş verə biləcək proseslərin həllinə hesablanıb. Ermənistan AİƏT qurumuna üzv olduqdan sonra qeydə alınan bir neçə iqtisadi tərkibli əlamətləri xatırladaq. 2016-cı ildən makroiqtisadi göstəricilər baxımından AİƏT üzvü olan ölkələrdə vəziyyət xeyli yaxşılaşıb. 2016-2017 AİƏT üzvü olan ölkələrin Ermənistandan ixracı iki dəfədən çox artıb. 2016-cı ildən bəri əmtəə dövriyyəsi dərəcələri durmadan yaxşılaşıb”, - deyə Hovasapyan bildirib.

Onun sözlərinə görə, sübutlar Serj Sarkisyanın qərarının doğru olduğunu göstərir.

“Bu yoldan Paşinyanın özünün belə yan keçmədiyi, qərarın doğru olduğunu göstərir. Serj Sarkisyanın haqlı olduğu, Nikol Paşinyanın isə səhv olduğu ortaya çıxır”, - deyə Hovasapyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Sarkisyan   AİƏT  

“Serj haqlı, Nikol səhv idi” – Paşinyan heç bir siyasi dəyişikliyə getməyib

2019/09/Serj--1568016994.jpg
Oxunub: 487     20:16     10 Sentyabr 2019    