İrəvandan Moskvaya uçan təyyarədə bomba həyəcanı

2019/09/567-1568016062.jpg
Oxunub: 966     11:59     09 Sentyabr 2019    
Bu gün İrəvan-Moskva reysi üzrə uçan təyyarədə qorxulu anlar yaşanıb.

Ordu.az xəbər veri ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Sibir Hava Yollarına məxsus təyyarədə sərnişinlərdən biri çantasında bomba olduğunu bildirib. Onun bu sözlərindən sonra sərnişinlər təşvişə düşüblər.

Hadisə barədə Ermənistan Aviasiya Təhlükəsizlik Xidmətinə və polisə məlumat verilib. Həmin sərnişin saxlanılıb və çantasına baxış keçirilib.

Baxış zamanı məlum olub ki, onun dedikləri yalandır, heç bir bomba aşkar edilməyib. Şübhəli sərnişin Zvartnots hava limanında polis şöbəsinə təhvil verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Partlayış  


İrəvandan Moskvaya uçan təyyarədə bomba həyəcanı

2019/09/567-1568016062.jpg
Oxunub: 967     11:59     09 Sentyabr 2019    
Bu gün İrəvan-Moskva reysi üzrə uçan təyyarədə qorxulu anlar yaşanıb.

Ordu.az xəbər veri ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Sibir Hava Yollarına məxsus təyyarədə sərnişinlərdən biri çantasında bomba olduğunu bildirib. Onun bu sözlərindən sonra sərnişinlər təşvişə düşüblər.

Hadisə barədə Ermənistan Aviasiya Təhlükəsizlik Xidmətinə və polisə məlumat verilib. Həmin sərnişin saxlanılıb və çantasına baxış keçirilib.

Baxış zamanı məlum olub ki, onun dedikləri yalandır, heç bir bomba aşkar edilməyib. Şübhəli sərnişin Zvartnots hava limanında polis şöbəsinə təhvil verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Partlayış  


Bizi "telegram"da izləyin