“Quru Qoşunlarımız ABŞ-la ortaq fəaliyyətə başlayır” - Hulusi Akar

2019/09/bomba-1567832979.jpg
Oxunub: 1137     10:18     07 Sentyabr 2019    
"Sentyabrın 8-də Türkiyə Quru Qoşunlarının ABŞ-la ortaq fəaliyyətə başlaması planlaşdırılıb".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar Suriya ilə sərhəddə təhlükəsizlik məsələsində məsul olan türkiyəli hərbçilərlə toplantıda bildirib.

Nazir ABŞ-la birgə təhlükəsiz zonanın idarə edilməsi üçün Türkiyə ilə Suriya sərhədində yerləşən məntəqədə - Ağcaqalada Müştərək Hərəkat Mərkəzinin fəaliyyətə başladığını deyib və bildirib ki, artıq üçüncü müştərək helikopter uçuşları da gerçəkləşdirilib.

"Helikopter uçuşlarının, istehkamın təhlüksizliyi məqsədilə ərazidə görüləcək lazımi tədbirləri dəyərləndiririk. Əraziyə dair əsas anlaşma var. Bu anlaşma daxilində müəyyənləşdirilmiş fəaliyyətlərin bəlli bir tempdə həyata keçirilməsini və bu məsələdə irəliləyiş olmasını arzu edirik”,- deyə Akar qeyd edib.

Xatırladaq ki, ABŞ Xarici Əlqələr Şurasının toplantısında ABŞ Baş Qərargah rəisi Jozef Danford bildirib ki, Türkiyənin Suriya sərhədi mövzusunda xeyli qayğıları var.

Baş Qərargah rəsi olduğu müddətdə Türkiyədə 12 dəfə olduğunu bildirən Jozef Danford terrorçularla mübarizəni nəzarətdə saxlamaq üçün 10 gün əvvəl müştərək mərkəzin qurulduğunu və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərlə bu məsələ ilə bağlı təkrar görüşəcəyini deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Türkiyə  

“Quru Qoşunlarımız ABŞ-la ortaq fəaliyyətə başlayır” - Hulusi Akar

2019/09/bomba-1567832979.jpg
Oxunub: 1138     10:18     07 Sentyabr 2019    

Bizi "telegram"da izləyin