“Pakistan Hindistanın hərəkətlərinə tam cavab verəcək” - İmran Xan

2019/09/AR-19-1567832438.jpg
Oxunub: 2049     14:12     07 Sentyabr 2019    
"Pakistan mübahisəli Kəşmir məsələsində Hindistanın hərəkətlərinə tam cavab verəcək və beynəlxalq ictimaiyyət orada baş verən "fəlakət" üçün məsuliyyət daşıyacaq".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri İmran Xan 1965-ci ildə Hindistanla müharibədə həlak olan Pakistan əsgərlərinin illik anım günündə deyib.

Xan məsələ ilə bağlı fikirlərini dövlət radiosunun veb səhifəsində də bölüşüb.

"Mən Pakistanın müharibə istəmədiyini dünyaya çatdırdım. Lakin Pakistan öz təhlükəsizliyi və bütövlüyünə dair problemlərdə diqqətdən kənarda qala bilməz", - deyə Xan qeyd edib.

İmran Xan bu həftə açıqlamasında bildirib ki, Cənubi Asiya qonşuları arasında müharibə böyük risk olsa da, ilk addımı Pakistan atmayacaq.

Qeyd edək ki, Hindistanın Baş naziri Narendra Modi avqustun 5-də Kəşmirin xüsusi statusunu ləğv etdikdən sonra Hindistan qoşunları Kəşmir vadisinə yeridilib, hərəkət məhdudlaşdırılıb və rabitə sistemi kəsilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


“Pakistan Hindistanın hərəkətlərinə tam cavab verəcək” - İmran Xan

2019/09/AR-19-1567832438.jpg
Oxunub: 2050     14:12     07 Sentyabr 2019    
"Pakistan mübahisəli Kəşmir məsələsində Hindistanın hərəkətlərinə tam cavab verəcək və beynəlxalq ictimaiyyət orada baş verən "fəlakət" üçün məsuliyyət daşıyacaq".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri İmran Xan 1965-ci ildə Hindistanla müharibədə həlak olan Pakistan əsgərlərinin illik anım günündə deyib.

Xan məsələ ilə bağlı fikirlərini dövlət radiosunun veb səhifəsində də bölüşüb.

"Mən Pakistanın müharibə istəmədiyini dünyaya çatdırdım. Lakin Pakistan öz təhlükəsizliyi və bütövlüyünə dair problemlərdə diqqətdən kənarda qala bilməz", - deyə Xan qeyd edib.

İmran Xan bu həftə açıqlamasında bildirib ki, Cənubi Asiya qonşuları arasında müharibə böyük risk olsa da, ilk addımı Pakistan atmayacaq.

Qeyd edək ki, Hindistanın Baş naziri Narendra Modi avqustun 5-də Kəşmirin xüsusi statusunu ləğv etdikdən sonra Hindistan qoşunları Kəşmir vadisinə yeridilib, hərəkət məhdudlaşdırılıb və rabitə sistemi kəsilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin