“Hərbiyyə - 2019” layihəsi uğurla davam etdirilir - FOTOLAR

2019/08/2c0f9-1567013106.jpg
Oxunub: 920     21:00     28 Avqust 2019    
Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Cavad xan Tarix və Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Hərbiyyə - 2019” layihəsi uğurla davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinə toplaşan respublikanın 10 bölgəsini təmsil edən yüzdən çox gənc dünən Gədəbəy rayonunun müdafiəsində dayanan hərbi hissənin qonağı olub, şəxsi heyətlə görüşüb, əsl əsgər həyatı yaşayıblar.

Gənc vətənpərvərlərə bələdçilik edən Müdafiə Nazirliyinin məsul əməkdaşı, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bölgənin təbii-coğrafi şəraiti, bu bölgə uğrunda gedən uğurlu döyüşlərin xronikası, qəhrəmanları və şəhidlik zirvəsinə ucalan ölməz igidləri haqqında ətraflı məlumat verib.

A.Qurbani bildirib ki, Gədəbəy rayonu respublikamızın mühüm strateji əhəmiyyətli bölgələrindəndir. Azərbaycan – Ermənistan dövlət sərhədində yerləşən bu bölgə uğrunda nankor qonşularımız zaman-zaman təxribatlara əl atmış, torpaq iddiaları ilə mənfur niyyətlərini həyata keçirmək üçün daim o vaxtkı sovet rəhbərliyinin dəstəyini almaq üçün hiyləgər siyasət yürütmüşlər. Vaxtilə ulu öndərimiz Heydər Əliyev daşnak tör-töküntülərinin arzularını ürəklərində qoymuşdu. Üzdəniraq erməni yazıçısı, daşnak Zori Balayanın “qartal yuvası” adlandırdığı quldur yuvası Başkənd, eləcə də Şınıx mahalının bir çox yaşayış məntəqələri məhz igid oğullarımızın qəhrəmanlığı sayəsində düşməndən təmizlənmişdir.

Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində digər sərhədyanı bölgələrdə olduğu kimi Gədəbəyin də müdafiəsi yüksək səviyyədə təşkil olunmuş, ən müasir müdafiə mövqeləri yaradılmışdır. Azərbaycan Ordusunun buradakı bölmələri gecəli-gündüzlü Gədəbəyin keşiyini çəkir, düşmən təxribatlarının qarşısını alaraq Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin sakinləri düşmənlə təmas xəttində əsgəri xidmət üçün yaradılan ən müasir şəraitlə, maddi-texniki baza ilə, eləcə də digər infrastrukturlarla tanış olub və belə bir Orduya malik respublikanın vətəndaşı olduqlarından qürur duyduqlarını qeyd ediblər.

Sonra əsgər həyatının gərgin, çətin anları əyani surətdə təqdim edilib. Kəşfiyyat qrupunun çay keçidi, sıldırım qayalardan kəndir vasitəsilə hərəkət, ekstremal vəziyyətlərdən çıxış, şəxsi heyətlə dolu düşmənin iki avtomobilinin pusqu ilə ələ keçirilməsi, düşmən qərargahına basqın, eləcə də kəşfiyyat bölmələrinin müxtəlif maneələrlə hərəkətləri gənclərdə böyük maraq oyadıb. Onlar Azərbaycan əsgərinin yüksək iradi və fiziki keyfiyyətlərinə heyran qalaraq göstəriləri həyəcanla izləyib, kəşfiyyatçılara, xüsusi təyinatlılara qoşularaq özləri də bu əməliyyatlarda iştirak edib, güclərini sınayıblar.

Könüllülərin qorxmazlığı, mübarizliyi və bütün çətinliklərdən uğurla çıxmaları Vətən əsgərlərini sevindirib.

Silah-sursat və digər hərbi avadanlıqların nümayiş etdirildiyi sərgidə isə respublikamızda istehsal olunan silah-sursat, bir çox hərbi təyinatlı avadanlıqlar xüsusilə böyük maraq oyadıb. Peşəkar zabitlər, eləcə də, hazırda “ASAN xidmət”də çalışan ehtiyatda olan qazi zabitlərimiz Elvin Hüseynov, Əliağa Zeynalov, Elşad Haşımov. Nəbi Şükürov və Natiq Mehdiyev könüllülər üçün hərbi hazırlıq məşğələləri keçirib, təhlükəsizlik qaydaları izah edilib, suallar cavablandırıb, atışın praktiki icrası təmin olunub. Silahların sökülüb-yığılması, normativlərin qəbulu üzrə komandalararası yarışlar keçirilib.

“Ağdam” komandası bütün normativlər üzrə yüksək nəticələr qazanıb. Milli Aviasiya Akademiyasının tələbəsi Rəşad Məhərrəmov, Türkiyə Yalova Universitetinin tələbəsi Fidan Məmmədova, Bakı Dövlət Universitetinin tələbəsi Günel Ağayeva və başqaları yarışlarda xüsusilə fərqləniblər.

Yarış qaliblərindən bir qrupu Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun adı və qəhrəmanlığı ilə şöhrət qazanmış, bu gün də igid oğullarımızın məskən salaraq keşiyində durduğu “İsgəndər qalası”na qalxmaq, şəxsi heyətlə görüşmək və döyüş növbəsində dayanmaq şərəfinə nail olublar.

Azərbaycan Milli Konservatoriyasının tələbəsi Rəşad Əliyev ifa etdiyi xalq və estrada mahnıları ilə əsgərlərdə xoş ovqat yaradıb.

Polkovnik-leytenant Eldəniz Nəsirov qaliblərə Azərbaycan Dövlət İqtisad Universitetinin nəşri olan “Səninlə fəxr edirik Azərbaycan əsgəri” adlı kitabları hədiyyə edib.
Gənc vətənpərvərlər “Əsgər payı” sərgisi ilə tanış olub, yamacda qurulan çadırlarda əsgərlərin açdıqları nahar süfrəsinə dəvət ediliblər.

Nahardan sonra 1992-ci ilin avqust ayında ağır döyüşlər gedən Mutudərə kəndinin yaxınlığındakı zirvədə “Şəhidlər ölməz, Vətən bölünməz!” devizi altında anım tədbiri keçirilib. Gənc vətənpərvərlər Mutudərə kəndinə çəkilən yeni yolun ilk yolçusu olaraq zirvəyə doğru irəliləyiblər.

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun şəhid olduğu zirvədə əsgərlərin ucaltdığı abidə ziyarət olunub, qarşısına gül-çiçək dəstələri düzülüb.

Polkovnik A.Qurbani Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan, əfsanəvi qəhrəmanlıqlarından danışıb. Onun son gülləsinədək vuruşduğunu, düşmənə xeyli itki verdiyini, son nəfəsində isə "Vətənə canım fəda!" deyərək quldurlara əsir düşməmək üçün qumbaranı sinəsinə sıxaraq özünü və bir neçə düşməni məhv etdiyini bildirib.
Hərbi qulluqçular və gənc vətənpərvərlər çıxış edərək “Qəhrəmanlıq qəhrəmanla ölmür. Onun ömrü uzun olur. Biz də Məzahir kimi igid oğulların qəhrəmanlıqlarını təkrar etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik və Qarabağ uğrunda mübarizəyə hər an hazırıq!”, - deyiblər.

Şəhid zabit Məzahir Rüstəmovun atası professor İzzət Rüstəmov və anası Rəfiqə xanım göstərilən diqqət və qayğıya, ehtirama görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və “Hərbiyyə - 2019” layihəsinin təşkilatçılarına minnətdarlıq ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova builki layihənin yüksək səviyyədə təşkilinə göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Gəncə Qarnizonu İdeoloji İş və Mənəvi-Psixoloji Təminat Mərkəzinin təşviqat qrupunun səsləndirdiyi “Zəfər marşı”nın sədaları altında “Hərbiyyə - 2019” layihəsinin bir günü də unudulmaz xatirələrlə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Azərbaycandan  

“Hərbiyyə - 2019” layihəsi uğurla davam etdirilir - FOTOLAR

2019/08/2c0f9-1567013106.jpg
Oxunub: 921     21:00     28 Avqust 2019    