Azərbaycan HHQ-nin aviaparkı İtaliya və Pakistan qırıcıları ilə əvəz ediləcək - HƏRBİ EKSPERT (I YAZI)

2019/09/15-6274492572.jpg
Oxunub: 3129     10:13     18 Sentyabr 2019    
Azərbaycan HHQ-nin hazırda istifadəsində olan təlim, qırıcı və hücum təyyarələrinin resursu artıq bitmək üzrədir. Buna görə də onların yeni təyyarələrlə əvəz olunması məqsədilə yeni və müasir aviasiya vasitələrinə ciddi diqqət göstərilməsi səbəbsiz deyil. Bildiyimiz kimi, "Albatros" tipli təyyarələr pilotların 4++ və ya 5-ci nəsil qırıcıları idarə etməsi üçün təlim təyyarəsi rolunu tam ifa edə bilmir. Bu çatışmazlıqları aradan qaldırmaq məqsədilə Azərbaycan HHQ üçün İtaliya və Pakistandan təlim-məşq və qırıcı təyyarələrin alınmasına qərar verildi.

Artıq bir neçə ildir ki, KİV-lərdə Azərbaycanın İtaliya və Pakistandan aviasiya vasitələri əldə edəcəyi barədə məlumatlar dərc edilir. Bu dəfə diqqətiniz Azərbaycan Hərbi Hava Qüvvələrini də maraqlandıran M-346FA (Fighter Attack) yüngül qırıcıları və M-346FT (Fighter Trainer) təlim-döyüş təyyarələrinə, həmçinin Pakistanın JF-17 "Thunder" BlockII və "Super Mushshak" təlim təyyarələrinə cəlb ediləcək.

İlk növbədə oxuculara yaxşı tanış olan İtaliyanın "Leonardo" şirkətinin istehsal etdiyi aviasiya vasitələrinin bir neçə fərqli modifikasiyası ilə tanış olaq.

Onları aşağıdakı kimi təsnifatlandırmaq mümkündür:

- T-346A - ilk prototipləri;
- M-346LCA (Light Combat Aircraft) - Polşa Hərbi Hava Qüvvələri üçün istehsal edilən yüngül döyüş təyyarələri;
- M-346FT (Fighter Trainer) - atəşi idarəetmə sisteminə malik təlim döyüş təyyarələri;
- T-100 - "General Dynamics"lə əməkdaşlıqda modifikasiya edilən təyyarələr;
- M-346HET (High Efficiency Trainer) - ölçüləri, sürəti və çəkisi əhəmiyyətli dərəcədə azaldılan təlim-məşq təyyarələri;
- M-346FA (Fighter Attack) - M-346 təlim təyyarələri bazasında hazırlanan AFAR tipli radara, REM sisteminə, kəşfiyyat moduluna və silah asqılarına malik yüngül qırıcılar.

M-346FA (Fighter Attack) yüngül qırıcıları M-346FT (Fighter Trainer) təlim-döyüş təyyarələrinin təkmilləşdirilən modifikasiyasıdır. Təyyarə ilk dəfə 2017-ci ildə Fransada keçirilən "Paris-Air Show"da mütəxəssislərə təqdim edildi. Texniki uçuş xüsusiyyətlərinə görə, M-346FA təyyarələri həm döyüş aviasiya pilotlarının hazırlanması, həm yüngül qırıcı, həm də kəşfiyyat təyyarəsi kimi istifadə edilə bilər.

2018-ci ilin sonunda şirkətin M-346 təlim təyyarələrinin bazasında yüngül qırıcıların kütləvi istehsalına başladığı barədə məlumatlar, bu il Parisdə keçirilən "Paris-Air Show"da bir daha öz təsdiqini tapdı. İlk dəfə seriya istehsalı versiyasında geniş ictimaiyyətə təqdim edilən təyyarənin döyüş imkanlarının genişləndirildiyi məlum oldu. Bu versiya nisbətən ucuz qiymət, qənaətcil mühərrik, yüksək sürət, cəld manevr, daha çox sursat asqısı və aşağı istismar xərcləri kimi vacib xüsusiyyətləri özündə birləşdirir.

Yeni M-346FA qırıcısının taktiki uçuş xüsusiyyətləri:

- Ekipaj: 2 nəfər;
- Maksimum uçuş sürəti: 1060 km/saat;
- Uçuş məsafəsi: 1981 km;
- Maksimum uçuş məsafəsi: 2722 km (əlavə 3 yanacaq çəni ilə);
- Maksimum uçuş müddəti: 3 saat 50 dəqiqə (üç əlavə yanacaq çəni ilə);
- Uzunluğu: 11.49 m;
- Boş kütləsi: 4610 kq;
- Maksimal əməliyyat yüklənməsi: -3 - +8 g;
- Maksimum qalxma kütləsi: 10400 kq;
- Qanadlarının sahəsi: 23.52 m²;
- Qanad uzunluğu: 9.72 m;
- Hündürlüyü: 4.76 m;
- Qanadının sahəsi: 23.52 m²;
- Uçuş yüksəkliyi: 13716 m
- Yüksəkliyə qalxma sürəti: 6705 m/dəq;
- Dartma gücünün çəkiyə nisbəti: 0.84.

Qırıcının maksimum qalxma kütləsi əvvəlki FT model ilə müqyisədə 10% artırılıb. Qırıcının güc qurğusunda hər birinin itələmə gücü 2850 kq olan, 2 ədəd "Honeywell" şirkətinin F124-GA-200 mühərriklərindən istifadə edilir. Qırıcı yeni çoxrejimli "Grifo" RLS və REM sistemi ilə təchiz olunur.

Silahlanması

Yeni FA versiyası əvvəlki FT versiyası ilə müqayisədə bəzi xüsusiyyətlərini qorusa da, qırıcı imkanlarını əldə etmək üçün bəzi yeni göstəricilər əldə edib. Ümumi çəkisi 2 tonadək olan avadanlıqlar təyyarənin yeddi asqısında yerləşdirilə bilər. Asqıların sayının 2 ədəd, maksimum qalxma kütləsinin 900 kq artırılması qırıcının döyüş imkanlarını artıran əsas xüsusiyyətlərdən hesab edilir.

Qanad sonluqlarına iki ədəd silah asqısı əlavə etməklə, onların ümumi sayını 7-yə çatdıran şirkət, təyyarəni yeni REM və kəşfiyyat modulu ilə təchiz edib. Bu və digər tədbirlər istehsalçının müdaxiləsi olmadan yeni təyyarədən təlim, qırıcı, hücum və kəşfiyyat məqsədli yüngül aviasiya vasitəsi kimi istifadəyə imkan yaradır.

M-346FA-nın daşıya biləcəyi faydalı yüklər arasında aşağıdakı avadanlıqlar mövcuddur:

- Kəşfiyyat-nişangah optoelektron stansiyası;
- GBU-12/16 "Paveway II", Lizard-2/4, GBUK32/38/49, SDB, Mk 82/83/84, Mk. 20 "Rockeye", BL-755 idarəolunan aviasiya bombaları;
- "Durandal" bunker və aviasiya vasitələrinin enmə zolaqları əleyhinə sursatlar;
- "Hava-hava" tipli AIM -9L/M "Sidewinder" və "Iris-T" raketləri;
- "Hava-yer" tipli AGM-65 "Maveric" və "Brimstone" raketləri;
- "Marte Mk-2A" gəmi əleyhinə raketlər;
- 80-mm-lik idarəolunmayan raketlər;
- 30 mm DEFA topunun konteyneri, "Vicon 18" kamera konteyneri, ELT 555 radiolektron mübarizə konteyneri və s.
- 3 ədəd əlavə yanacaq çənləri.

Orta yüksəkliklərdən buraxılan GBU-12/16 "Paveway II" tipli lazerlə idarəolunan bombaların tətbiqini yalnız müvafiq avadanlıqla təchiz edilən təyyarələr həyata keçirə bilər. Sıx tüstülü və ya qatı duman şəraitində lazer şüası hədəfi tam işıqlandıra bilmədiyi üçün bu bombalar sonradan təkmilləşdirildi. Onun idarəetmə sisteminə GPS ilə əlaqəli yeni bir blok əlavə edildi ki, bu da əvvəlcədən koordinatları müəyyən edilən hədəflərə istənilən hava şəraitində dəqiq zərbə endirməyə imkan verdi.

Əvvəlki versiyada tətbiq edilən adi impulslu dopler stansiyasını "Grifo-346" AFAR tipli RLS əvəz edib. Müasir radarın tətbiqi sayəsində M-346 qırıcısı aşkarlama imkanlarını əhəmiyyətli dərəcədə genişləndirərək eyni anda 10 hədəfi 92 km məsafədə izləyə bilir və bununla da tam həcmli döyüş vasitəsinə çevrilir. M-346 FA "hava-hava", "hava-yer" raketlərindən, yerüstü hədəflərə qarşı "ağıllı" bomba və idarəedilən sursatlardan effektiv şəkildə istifadə edə bilir.

Qırıcının daşıya biləcəyi sursatların arasında İsrail və Fransa şirkətlərinin istehsal etdiyi məhsullarının mövcudluğu Azərbaycan üçün M-346FA təyyarələrinin əhəmiyyətini bir qədər də artırır.

Azərbaycan tərəfindən İtaliyadan alınması ehtimal edilən M-346 təyyarələrinin neçəsinin FT tipli təlim-döyüş və ya FA tipli yüngül qırıcı olacağı məlum deyil. Əslində Azərbaycanın silahlanmasında təlim təyyarələrinin miqdarı Pakistanın "Super Mushshaq"ları hesabına kifayət qədər artıb və tələbat qismən ödənilib.

Digər tərəfdən isə FA versiyası çoxməqsədlidir, ondan həm təlim, həm döyüş, həm də kəşfiyyat vasitəsi kimi istifadə edilə bilər. Məsələn, birinci və ikinci kursda oxuyan kursantların təliminin daha aşağı sürətli "Super Mushshaq"larda, 3-cü və 4-cü kursda isə daha sürətli M-346-da davam etdirilməsi məqsədəuyğun təlim qrafiki kimi qəbul edilə bilər.

Təbii ki, FA universal versiyada FT modelindən qiymətinə görə də fərqlənəcək, lakin belə bir geniş imkanlar üçün ödəniləcək qiymət fərqini nəzərə almamaq da mümkündür.

Azərbaycan Hərbi Hava Qüvvələri artıq fiziki cəhətdən istismar resurslarını başa vuran və müasir aviasiya tələblərinə cavab verməyən Rusiya təyyarələrindən qurtulmağın vacibliyini anlayır.

Azərbaycan HHQ üçün bu təyyarələrin gətirilməsində hiss edilən ləngimələrin, sifarişçinin təlim-məşq vasitələrini yeni AFAR-a sahib universal modul tipli təyyarə ilə əvəz etmək arzusundan irəli gəlməsindən ibarət olduğu ehtimal edilir.

Beləliklə, yekunda Azərbaycan tərəfinin M-346 FA qırıcı təyyarələrinə üstünlük verməsinin əsas səbəblərini bir daha xatırlayaq:

- Təyyarənin bir neçə məqsədlə istifadəsinə imkan verən universal modulu;
- İstehsalçının müdaxiləsi olmadan vasitənin təyinatını dəyişmək imkanı;
- "Grifo-346" AFAR tipli RLS-in tətbiqi;
- Kifayət qədər geniş sursat assortimenti;
- Azərbaycan üçün əlçatan müasir sursat istehsalçıları;
- 7 ədəd sursat asqısında daha çox idarəolunan sursatların daşınması imkanı;
- Sərfəli qiymət diapazonu;
- Qənaətcil mühərrik;
- Yüksək sürət göstəriciləri;
- Yüksək manevr imkanları;
- Aşağı istismar xərcləri;
- İstehsalçı şirkətin Azərbaycanda aviasiya vasitələrinin bəzi hissələrinin istehsalı və texniki servis xidmətlərinin göstərilməsi ilə bağlı birgə layihələrin icrasına müsbət münasibəti.

Bütün bu sadalanan faktorlar rəsmi Bakının hərbi və siyasi-iqtisadi maraqlarına tam cavab verir. Hadisələrin belə bir inkişafı dolayı yolla təyyarə ilə birgə onun istehsal texnologiyasının Azərbaycana transferinə şərait yarada bilər.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: M-346-FA   Azərbaycan-İtaliya   HHQ  

Azərbaycan HHQ-nin aviaparkı İtaliya və Pakistan qırıcıları ilə əvəz ediləcək - HƏRBİ EKSPERT (I YAZI)

2019/09/15-6274492572.jpg
Oxunub: 3130     10:13     18 Sentyabr 2019    