Ermənistanda “Shamshyan.com” saytı hərbi polis rəisinə görə təhdid edilir – ƏTRAFLI

2019/08/345-1566632540.jpg
Oxunub: 1277     13:37     24 Avqust 2019    
Ermənistanda nüfuzlu “Shamshyan.com” saytının yaydığı məlumatdan sonra bəzi şəxslər Gümrü hərbi polis bölməsinin rəisinin “yaxşı nüfuzu”nun ləkələndiyinə görə redaksiyanı təhdid etməyə başlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi baş verənlərlə bağlı bəyanat yayıb.

Avqust ayının 10-da “Shamshyan.com” saytı Gümrü hərbi polis bölməsinin rəisinin, narkotik maddələr idxal etməsinə görə ittiham edilərək axtarışda olan şəxsdən 6 milyon rus rublu almaqda şübhəli bilinməsi ilə bağlı məlumat yayıb. Məlumat yayıldıqdan sonra “Shamshyan.com” saytına telefon zəngləri edilərək, əsassız məlumatlar yayılması və hətta təhdid edilməsi faktları baş verib. Tələb olunub ki, məlumat ya silinməli, ya da hərbi polis rəisinin “yaxşı nüfuzu”nun ləkələndiyinə görə cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Avqustun 23-də Ermənistan İstintaq Komitəsinin rəsmi səhifəsindən əldə edilən məlumata əsasən məlum olur ki, hərbi polisin Gümrü bölməsinin rəisi cinayətkarı gizlətməklə böyük həcmdə rüşvət alıb. “Shamshyan.com” saytı İstintaq Komitəsinin bəyanatını izləyicilərin ixtiyarına verərək, qeyd edir ki, İstintaq Komitəsinin hərbi İstintaq Baş idarəsinin istintaq idarəsində fakt üzrə Ermənistan Müdafiə Nazirliyinin hərbi polis bölməsinin rəisinə ittiham irəli sürülüb. Aparılan isintaq araşdırma materialları nəticəsində məlum olub ki, istintaq orqanının əməkdaşı olaraq, M.M adlı şəxs 2015-ci il noyabrın 30-dan başlayaraq, istintaq orqanının rəhbəri kimi rəsmi mövqeyindən sui-istifadə edib.

2014-cu ilin oktyabr ayında Rusiya Federasiyası hüquq mühafizə orqanları tərəfindən tanışı E.M-nin oğlu V.O-nun axtarışa verildiyini və onun cəzadan yayınmaq üçün Ermənistana gəldiyini, bununla yanaşı hərbi xidmətdə olmadığını bilərək, onu məsuliyyətə cəlb etməyib və dövlətin qanuni maraqlarına ziyan vurub. Bundan başqa, cinayət törədən şəxsin 2014-cü ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək gizlənməsinə şərait yaradıb.

Daha sonra səlahiyyət həddini aşaraq, qarşı tərəfin xeyrinə qərar verilməsi məqsədilə tələb edərək külli miqdarda rüşvət alıb. Rusiya tərəfindən axtarışda olan şəxsin valideynləri ilə razılığa gələrək, ona Ermənistan vətəndaşlığının verilməsi, daha sonra hərbi biletlə təmin edilməsi müqabilində rüşvət qismində 92 min dollar rüşvət alıb. Həmçinin təzyiq yolu ilə Rusiyanın Naxodka şəhərində dəyəri 16 min dollar olan mənzil ələ keçirib. CM-nin 4 maddəsi üzrə cinayət işi açılıb. İstintaq araşdırma tədbirləri davam edir.

Daha öncə “Shamshyan.com” saytında verilən məlumata əsasən, polisin Cinayət Axtarış Baş İdarəsinin, polis Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Baş İdarəsinin, Korrupsiya və İqtisadi fəaliyyətə qarşı yönəlmiş cinayətlərin əleyhinə idarənin əməkdaşları tərəfindən, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində bir neçə gün əvvəl polisin Cinayət Axtarış Baş idarəsinin əməkdaşları tərəfindən Rusiya vətəndaşı 24 yaşlı Em Vladislavı aşkar edərək, həbs etdikləri bildirilirdi. Məlumata görə, adı çəkilən şəxs Rusiya cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən axtarışda olub.

Q.Şamşyanın məlumatına əsasən, M.Vladislav narkotik maddələrin qaçaqmalçılığında ittiham edilərək, Rusiya Federasiyasının Naxotka şəhərində məhkəmə prosesində olmaqla 2014-cü ildə Ermənistana gəlib. O, Ermənistanda atası, M.Eduardın tanışı olan Manuk Muradyanla görüşüb. Görüş zamanı M.Muradyan onun axtarışda olması və Ermənistan vətəndaşlığı məsələlərini həll etmək, həmçinin gələcəkdə hərbi biletlə təmin olunması üçün təklif irəli sürərək, rüşvət müqabilində 2014-2015-ci illər ərzində mütəmadi olaraq, nağd və köçürmə yolu ilə 6 milyon rus rublu (92 min dollar) verib.

Qeyd edək ki, polkovnik Manuk Muradyan Ermənistan Müdafiə Nazirliyinin hərbi polis bölməsinin rəisidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-polisi   Təhdid  

Ermənistanda “Shamshyan.com” saytı hərbi polis rəisinə görə təhdid edilir – ƏTRAFLI

2019/08/345-1566632540.jpg
Oxunub: 1278     13:37     24 Avqust 2019    

Bizi "telegram"da izləyin