Paşinyan hakimiyyəti terrorçuları siyasi məhbus hesab edə bilər

2019/02/sasna-1550132914.jpg
Oxunub: 644     14:17     24 Avqust 2019    
“Siyasi məhbuslar, problemlər, ümumiyyətlə onların bəraət alması prosesinin zərurəti haqqında çox danışdıq. Baş verən hakimiyyət dəyişikliyindən sonra bu proses yerindən tərpənməyə başladı. Lakin burada, deyəsən, konsensus yoxdur və ya bu işdə ictimai yanaşma sanki iki yerə bölünüb. Niyə, çünki bir tərəfdən siyasi məhbus termini var, digər tərəfdən, “Sasna Tsrer”in polis alayını ələ keçirməsi vaxtı insanların öldürülməsi nəticəsində məhkəmə prosesinə düşən və onların da siyasi məhbus olduğunu iddia edən, onların barəsində də hökmlər verilməsini təkid edənlər var. Polis alayının ələ keçirənlər siyasi məhbus termininə aid edilirlər, ya yox?”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu suala Ermənistanda “Fakt Toplama Qrupu”nun sabiq üzvü, hüquqşünas Seda Safaryan cavab verib.

“Əslində, ölkədə yaranmıış vəziyyətlə bağlı ”Sasna Tsrer” müəyyən tədbirlərə əl atdı. Bu, onların hərəkətinə haqq qazandırlımır kimi anlaşılmamalıdır. Xatırlayırsınızsa, o vaxt Qarabağda torpaq verilməsi ilə bağlı vəziyyətə dair müzakirələr gedirdi. Buna görə də bu üsyan milli zəminə və dəyərlərə söykənən bir hərəkat kimi görünürdü. Şəxsən tanıdığım insanlar var və onlar kifayət qədər ciddi insanlardır - siyasi müxalifət və ya milli kişilər termini onlara yaraşır. Lakin “Sasna Tsrer” şəklində baş verənlər, mənə məlum olmayan qeyri-müəyyən bir şeydir”, - deyə Safaryan bildirib.

O qeyd edib ki, “Sasna Tsrer”dəki vəziyyət tamamilə natamam anlaşılan bir hadisədir.

“Həm müsbət, həm də mənfi bir qiymətləndirmə vermək haqqım yoxdur. Bəli, məqsəd çox yaxşı ola bilər, amma bu proses boyu baş verənlər bu məqsədin məzmununa kölgə salacaq hala çevrilib. “Sasna Tsrer”dəki hər kəsin bir məqsədi olduğunu söyləməklə də tamamilə razı deyiləm, lakin əksəriyyətin əslində siyasi məhbus hesab oluna biləcəyi mümkündür. Fərdi yanaşma lazdır”, - deyə erməni hüquqşünas vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Sasna-Tsrer   Terror  

Paşinyan hakimiyyəti terrorçuları siyasi məhbus hesab edə bilər

2019/02/sasna-1550132914.jpg
Oxunub: 645     14:17     24 Avqust 2019    