Ermənistanda səhlənkarlıq nəticəsində ölən erməni əsgərin valideynlərinin şikayəti rədd edilib – DETALLAR

2019/08/4yZDx-1566551582.jpg
Oxunub: 1050     12:43     24 Avqust 2019    
Bu günlərdə Ermənistan Kassasiya Məhkəməsi Mərkəzi Çağırış məntəqəsindən hərbi hissəyə gedərkən yolda ölən gənc erməni çağırışçı Norayr Sahakyanın valideynlərinin, ölümə görə ittiham edilən həkimlərə bəraət verilməsinə qarşı şikayətini rədd edib. Hazırda məyus olan valideynlər Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşırlar.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə müsahibəsində əsgərin anası Karine Sahakyan narazılığını bildirib.

Onun sözlərinə görə, mütləq şikayət edilməlidir, çünki bu səssiz qalacaq bir məsələ deyil.

“Axı, cinayət işində heç bir fakt, heç bir sübut, dəlil, sənəd dəyişməyib, yeni şahid yoxdur, lakin bu adamlara bəraət verilib. Oğlumun ölümündə ittiham edilən həkimlərə bəraət verilməsi haqqında təsadüfən mətbuatda rast gəldim. Bundan sonra Baş nazirə bizi qəbul etməsi üçün müraciət etdik. Lakin bugünədək Paşinyandan heç bir xəbər ala bilməmişik.

Müdafiə naziri artıq, bizi heç qəbul etmək də istəmir. Bildirilir ki, bu məsələdə heç bir səlahiyyətləri yoxdur. Gəncləri orduya aparmaqda səlahiyyətləri var, lakin digər məsələlərdə kömək etməyə səlahiyyətləri yoxdur. Daha demirlər ki, hər ailədən dəyişikliklərə başlamaq lazımdır. Yoxsa günahkarlar gedib vəzifəyə oturub, daha çox pul vəsaiti toplamağa başlamalı deyil. Biz də yarımçıq qalan adam kimi, vəkilə pul vermək üçün MN-dən pul dilənməli deyilik”, - deyə ölən erməni hərbi qulluqçunun anası bildirib.

O qeyd edib ki, uzun sürən məhkəmə prosesindən sonra qəfl bəraət almaqlarına nəyin səbəb olduğu məlum deyil.

“Bu baş verənləri anlaya bilmədik. Bütün faktlar həkimlərə qarşı olduğu halda məhkəmə bəraət qərarı verib. 6 ildir ki, mübarizə aparırıq, onlar ölümə səbəb olmaqla, səhlənkarlıq etməkdə günahkar bilinib. Sonra isə qəflətən bizi xəbərdar etmədən, onlara bəraət verilib və biz bu barədə təsadüfən internet xəbərlərindən bilmişik”, - deyə valideyn saxtakarlıq olduğunu diqqətə çatdırıb.

“Həkimlər istəsəydi, çağırışçını xilas edə bilərdi”, deyə şahid qismində ifadə verən Ara Asoyan artıq ölüb, Mher Davidyants isə ölən həkimin əvəzinə infeksiya xəstəxanasının rəisi vəzifəsində oturub. O, Ermənistan Səhiyyə nazirinin qardaşının yaxın dostu olan şəxs, infeksiya xəstəxanasının rəisi olub. Hazırda ölən hərbi qulluqçunun valideynləri Avropa Məhkəməsinə müraciət etmək üçün hüquqi yardım axtarışındadır.

Xatrladaq ki, 2012-ci il dekabrın 21-də hər hansı sağlamlıq problemi olmadan orduya çağrılan Norayr Sahakyan, Mərkəzi Çağırış Məntəqəsində 6 iynə vurulduqdan sonra hərarəti 38.3 dərəcəyə qalxıb. Çağırışçı Norayr Sahakyan ginekoloq olan hospitalın həkimi, növbətçi Karen Culhakyana yaxınlaşıb. Culhakyan çağırışçının hərarəti olduğunu deyib. Ona bir ədəd həb verilərək, işğal altındakı Qarabağda dislokasiya olunan erməni “hərbi birləşmələri”nə yola salınıb. Yolda yenidən özünü pis hiss etsə də, ona tibbi yardım göstərilməyib. Orduda cəmi 48 saat olan, 18 yaşlı Norayr Sahakyan hospitalda ölüb.

Qeyd edək ki, məhkəmə bu ölüm faktı üzrə 4 nəfər həkimi 4 il müddətinə azadlıqdan mərhum edib. Bunlar ginekoloqiya bölməsinin Baş kordinatoru mayor Karen Culhakyan, Qarabağda qanunsuz dislokasiya olunan “hərbi birləşmə”nin çağırış məntəqəsinin tibb məntəqəsi rəisi gizir Varujan Manasyan, Mher Davidyants və Arkadi Çaxoyandır. Adları qeyd edilən həkimlər “Ermənistanın müstəqilliyi”nin 22-ci ildönümü ilə əlaqədar amnistiya elan edilməsinə dair Ermənistan parlamentinin 2013-cü il tarixli qərarının müvafiq bəndlərinə uyğun olaraq cəzadan azad ediliblər.

Cari ilin fevral ayının 4-də Apellyasiya Məhkəməsi ölümdə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan mərhum edilmiş və amnistiya ilə azadlığa buraxılan hərbi hissənin bölmə rəisi, leytenant Mher Davidyants və terapevtik bölmə rəisinin vəzifəsini müvəqqəti icra edən Arkadi Çaxoyana bəraət verib.

Daha öncə verilən məlumata görə, Mher Davityants Nork rayon infeksiya xəstəxanasının rəisi təyin edilib. Davidyants Səhiyyə naziri Arsen Torosyanın yaxın tanışıdır. Vəzifəyə təyin edilərkən şərti azadlıqda olan Davidyants, artıq rəsmi vəzifəli şəxs statusunda olarkən bəraət alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  

Ermənistanda səhlənkarlıq nəticəsində ölən erməni əsgərin valideynlərinin şikayəti rədd edilib – DETALLAR

2019/08/4yZDx-1566551582.jpg
Oxunub: 1051     12:43     24 Avqust 2019    

Bizi "telegram"da izləyin