Qarabağ müharibəsi veteranlarının sərhəd döyüş məntəqələrinə səfəri təşkil olun­ub - FOTOLAR

2019/08/photo-1566549795.jpg
Oxunub: 842     12:39     23 Avqust 2019    
Avqustun 22-də bir sıra Qarabağ müharibəsi veteranlarının və bloggerlərin müraciəti əsasında Azərbaycan Sərhəd Mü­hafizəsinin 100 illlik yubileyi ilə əlaqədar onların Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Qazax” əlahiddə sərhəd diviziya­sının hərbi hissə və bölmə­lərinə, təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrinə səfəri təşkil olun­ub.

DSX-nin Mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, səfər çərçivəsində Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində təmas xəttində yaradılmış sərhəd müdafiə və mühafizə infrastrukturu, sərhəd döyüş mən­təqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəaliyyəti və istirahət şəraiti ilə yaxından tanış olunub, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə təbrik və arzular şəxsi heyətə çatdırıblar.

Müharibə veteranlarına və sosial media nümayəndələrinə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının yerli bölmələri ilə Müdafiə Nazirliyinin hərbi hissə və bölmələri arasında yüksək səviyyəli qarşılıqlı əlaqə, yerli icra haki­miy­yəti və bələdiyyə orqanları ilə sərhədçilər arasında sıx əməkdaşlıq müna­sibətləri barədə geniş məlumat verilib, “Sərhədi bütün xalq qoruyur” ifadəsinin gerçəkləşdirilməsi üzrə görülən işlərlə tanış ediliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Veteran  

Qarabağ müharibəsi veteranlarının sərhəd döyüş məntəqələrinə səfəri təşkil olun­ub - FOTOLAR

2019/08/photo-1566549795.jpg
Oxunub: 843     12:39     23 Avqust 2019    