Erməni mədəniyyətşünas: “Əvvəlcə Qarabağı azərbaycanlılara qaytarın...”

2019/08/rJpoo-1566549429.jpg
Oxunub: 1894     14:59     23 Avqust 2019    
“Ekoloqların Amulsar mədəni ilə bağlı daha vacib olan bir məqam ondan ibarətdir ki, onlar Vayk və əhalinin böyük əksəriyyətinin fikrinə hörmətsizlik edərək mədənin mütləq istismar olunmamasını istəyirlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni mədəniyyətşünas Vartan Zaloyan öz “Facebook” səhifəsində yazıb.

“Paşinyan üçün bu çətin seçimdir. O, bilmir ki, onlarla ekoloqların rəyini, yoxsa Ermənistan əhalisinin böyük bir hissəsinin mövqeyini müdafiə etsin. Ekoloqlar azlıq təşkil etdiklərini dərk etməkdə çətinlik çəkirlər. Lakin ekoloqların Amulsar mədəninin istismarı ilə bağlı rəylərinin yalan olduğu həqiqətdir. Keçən əsrin 90-cı illərində Ermənistan inqilab hərəkatı həm ekologiya, həm də Qarabağ variantını seçməkdə idi. Cəmiyyət dözülməz təzyiq altına düşür”, - deyə Zaloyan bildirib.

O qeyd edib ki, Levon Ter-Petrosyan ekologiyanı seçir, Vazgen Sarkisyan və Köçəryan isə Qarabağı seçməyə üstünlük verir.

“Bununla da ikinci seçim, yəni Qarabağ mövzusu qalib gəlir. Daha sonra mədən qələbə yürüşü və s. başlayır. İndi yeni hakimiyyət üzərinə eyni təzyiqi göstərməklə Ter-Petrosyan hakimiyyətinin istefa verdiyi aqibəti yaradırlar. Ssenari təkrarlanır. Cəmiyyət eşşəkdir, razıyam, lakin bu iki yükə davam gətirə bilməz, seçim edin....

Fikrim nədən ibarətdir, əvvəlcə Qarabağı azərbaycanlılara qaytarın, daha sonra Amulsar mədəninin nə qədər bağlayırsınız, bağlayın. Əldə iki yük tutmaq olmaz”, - deyə Zaloyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan   Amulsar  

Erməni mədəniyyətşünas: “Əvvəlcə Qarabağı azərbaycanlılara qaytarın...”

2019/08/rJpoo-1566549429.jpg
Oxunub: 1895     14:59     23 Avqust 2019    