Alman nümayəndə: "İranla nüvə müqaviləsinin alternativi yoxdur"

2019/04/12182-1554534713.jpg
Oxunub: 391     14:03     23 Avqust 2019    
"İran bu razılaşma çərçivəsində ən möhkəm nüvə yoxlaması altındadır".

Ordu.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Almaniyanın BMT-dəki daimi nümayəndəsi bildirib.

O, Berlin rəhbərliyinin nüvə müqaviləsinə sadiq olduğunu vurğulayıb.

Alman diplomat ölkəsinin nüvə razılaşmasına möhkəm bir şəkildə bağlı olduğunu, İranın bu razılaşma çərçivəsində ən möhkəm nüvə yoxlaması altında olduğunu, bu yoxlamanı AEBA-nın etdiyini qeyd edib.

Diplomat, həmçinin nüvə sazişinin İranın nüvə silahından təmizlənmiş olmasından əmin olmaq üçün ən qiymətli zəmanət olduğunu, razılaşmanın başqa heç bir alternativi olmadığını əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   Nüvə-müqaviləsi  

Alman nümayəndə: "İranla nüvə müqaviləsinin alternativi yoxdur"

2019/04/12182-1554534713.jpg
Oxunub: 392     14:03     23 Avqust 2019    